Bill Geyts uşaqlarına 14 yaşına çatana qədər telefon almır

    6

    Dünyanın ən zəngin adamı övladlarının texniki vasitələrdən istifadəsinə məhdudiyyət qoyub

    “Mirosoft” şirkətinin qurucusu Bill Geyts uşaqlarının texnoloji vasitələrdən istifadəsinə məhdudiyyət qoyduğunu bildirib.

    Hurriyyet.org-un məlumatına görə, İngiltərənin “Daili Miror“ qəzetinə müsahibə verən Geyts övladlarının cib telefonuna sahib olmaq istəmələrinə rəğmən, onlara 14 yaşından tez mobil cihaz almadığını deyib.

    Dünyanın ən zəngin adamlarından biri olan Geyts evdə kompüter, telefon, planşet kimi cihazlardan istifadə haqda xüsisi qaydalar tətbiq edir: “Yalnız günün müəyyən saatlarında ekrana baxa bilərlər. Lazımi saatda isə onlar yatmağa gedirlər“.

    Qeyd edək ki, Geytsin 20, 17 və 14 yaşında üç övladı var. O deyib ki, uşaqlarının belə texniki vasitələrdən istifadəsinin ev tapşırıqlarını eləmək, dostları ilə ünsiyyət qurmaqdan aşırı olmamasına çalışır.

    Yemək stolundan əl telefonu olmaz!

    Bill Geyts evdə yemək yeyərkən stolun üzərində mobil telefon olmasına da icazə vermir: “Uşaqlarımın heç birinə 14 yaşına qədər mobil telefon almadım. Onlar “başqa uşaqlara valideynləri telefon alırlar“ deyə narazılıq eləyirdilər“. 

    Uşaqları ilə dəyərli vaxt keçirməsinin önəmli olduğunu deyən Geyts xoşbəxtlik qaynağı zənginlikləri yox, həyat yoldaşı Meli olduğunu da bildirib.

    “Apple“ şirkətinin qurucusu  Stiv Cobsun da da Bill Geyts kimi davranır.  İlk dəfə “iPAD“ı istehsala buraxanda “uşaqlarınız bu ixtiranızı bəyəndimi“ sualını o belə cavablayıb: “Bəli, bəyəndilər. Amma onlar iPAD-dan istifadə etməyiblər. Çünki uşaqlarımın evdə texniki vasitələrdən necə və nə qədər istifadə edəcəyinə məhdudiyyət qoymuşam. 

    Sağ əli bizim uşaqlarımızın başına

    Stiv Cobsun bioqrafiyasını yazan Valter İsaacson da qeyd edib ki, hər axşam Stivin mətbəxindəki böyük yemək masasının arxasında ancaq kitablar, tarixi hadisələr bəzənsə çox fərqli mövzulardan danışılır. Həmin müddətdə heç kim iPaddan istifadə eləmir. Onun uşaqlarının bu cür texniki vasitələrə aludəliyi hiss olunmur.

    Altunay, Hurriyyet.org