Futbolçularla bağlı bilinməyən 70 fakt: NASA mühəndisi, oğru, fəhlə, balıqçı, modelyer, poliqlot, sarımsaqlanıb meydana çıxanlar…

    9

    Droqba vətənindəki vətəndaş müharibəsini dayandırıb

    Hurriyyet.org xəbər verir ki, futbol ulduzları haqqında maraqlı faktlar çoxdur. Bəzilərinin əvvəlki həyatı, bəzilərinin isə atdığı qolların sayı təəccüb doğurur…

    Futbolçularla bağlı maraqlı məlumatlara nəzər salaq.

    ““

    Andrey Şevçenko Kiyevdə oynayarkən “Trabzonspor“a tövsiyə edilir. O dövrdə klubun rəhbəri olan Atay Akuğ Türkiyənən “Hurriyet” qəzetinə müsahibəsində deyir: “Almağa imkanımız var, amma, Andreydən ayran da olmaz”. Nəticədə, müsahibədən düz 2 il sonra Andrey Şevçeko ilin futbolçusu seçilir.

    ““

    Uzun bir dövr ərzində “Dortmund”un formasını geyinmiş “Volsburq”un polşalı futbolçusu Kuba Blaşikovski hələ 12 yaşında ikən atasının anasını öldürməsinin şahidi olub.

    ““

    Dünyanın ən çox qol vuran qapıçısı 131 qoa imza atmış Roberto Cenidir. Roberto Ceni deyib: “Qapıçı yox, mərkəz forvardı olsaydım, bu gün İbrahimoviçdən yox, məndən danışardılar”.

    ““

    Mario Balotelli İngiltərədə yaşadığı dövrdə avtomobilini müəyyən olunmuş yerdə saxlamadığı üçün 10 min funta qədər cərimə ödəyib.

    ““

    “Nyukasl”ın keçmiş qapıçısı Şaka Hislop ixtisasca maşın mühəndisidir və NASA-da işləyib.

    ““

    1980-ci ildə “Trabzonspor”, sadəcə, 12 qələbə ilə çempion olduğu halda, 1990-cı ildə “Malatyaspor” eyni sayda qələbə qazanaraq çempionatı tərk edib.

    ““

    1992-ci ildə Səudiyyə Ərəbistanında 7 və daha artıq qol buraxmış komandaların üzvlərini fələqqə cəzası gözləyirdi.

    ““

    Kristano Ronaldo 8 saniyədə 13 müxtəlif çiləmə hərəkəti edə bilir. Topla birlikdə 100 metrlik məsafəni 11 saniyədə qət edə bilir, topu başla vurmaq istəyəndə 180 sm sıçraya bilir və əgər boksçu olsaydı, 10 saniyə ərzində 32 yumruq zərbəsi vura bilərdi.

    ““

    Leonel Messinin ən çox qol vurduğu qapıçı Kasillas, Kasillasın isə ən çox topunu qaytardığı futbolçu Leonel Messidir…

    ““

    “Mançester Yunayted”in isveçli ulduzu Zlatan İbrahimoviç uşaq yaşlarında velosiped oğurladığını və futbolun onu düz yola yönəltdiyini deyib.

    ““

    Fernando Torres “Nərgiz sindromu”na tutulub. Sol qoluna elf dilində “Fernando” yazısı döydürüb.

    ““

    Hindistan, 1950-ci ild Dünya Kubokunda iştirakdan imtina edib. Çünki FİFA Hindistan futbolçularına meydana ayaqyalın girməyə icazə verməmişdi.

    ““

    Kristiano Ronaldonun ibtidai sinif müəllimi  Medeyra ləhcəsi ilə danışmasına əsəbləşərək onu döyübmüş. Qeyd edək ki, Ronaldo Medeyrada doğulub.

    ““

    Futbol oynadığı dövrdə təyyarəyə minməkdən qorxan Dennis Berqkampın İngiltərəki oyunlara komandadan ayrı, qatarla getdiyini bilirdinizmi?

    ““

    “Real Madrid” və Braziliya milli komandaları Kakanın qol vurduğu heç bir oyunu uduzmayıb (58 qarşılaşma).

    ““

    Karyerasının ilk illərində Çarli Ostin həvəskar liqalarda oynadığı zaman dolanışığını təmin eləmək üçün tikintidə fəhlə işləyib.

    ““

    Dünya səviyyəsində bazar qiyməti ən çox ucuzlaşan futbolçu Ronaldinyodur (81 milyon € – 1.2 milyon €).

    ““

    Avropa komandalarında ən çox qol vuran alman futbolçu Yurgen Klinsmanndır. Bütün bunlara rəğmən Yurgen Klinsmann Avropa Kuboklarında heç bir krallığı qazanmayıb.

    ““

    Totti 55000 nəfər “Latsio” tərəfdarının qarşısına çıxıb “uduzacaqsınız” işarəsi göstərəcək qədər cəsurdur.

    ““

    Futbol tarixinin ilk rəsmi qolunu kimin atdığı axır ki bəlli olub! İngiltərədə aparılan bir araşdırma nəticəsində bəlli olub ki, tarixdə ilk rəsmi qolu 1888-ci il sentyabrın 8-də boltonlu Ceyms Kenyon Devenport vurub.

    ““

    Leonel Messi solaxay olmasına rəğmən, Çempionlar Liqasında sağ ayağı ilə het-trik edən ilk futbolçudur.

    ““

    Corc Vea dünyada ilin futbolçusu mükafatını alan ilk və hələlik yeganə afrikalı futbolçudur.

    ““

    Lilyan Turam rəqib hücumçularını narahat etmək üçün bədəninə sarımsaq sürtüb meydana çıxırmış.

    ““

    Gilberto Silba “Amerika Mineyro”da oynayarkən klubun olduqca az maaş verməsi üzündən bir müddət dülgərlik edərək dolanıb.

    ““

    Yubiley görüşündə öz qapısına qol vuran yeganə futbolçu Frans Bekkenbauerdir.

    ““

    Ronaldo 2012-ci ildə xərçəng xəstəliyindən müalicə alan 9 yaşlı bir uşağın bütün tibbi xərclərini boynuna götürüb, 2014-cü ildə isə “Qızıl Buts” mükafatını 1,5 milyon avroya sataraq, əldə edilən vəsaitin hamısını Qəzzada bir məktəbin tikintisinə xərclədi.

    ““

    Ronaldo ve Ronaldinyonun oynadıqları hər bir görüşda Braziliya rəqib qapısına qol vurub.

    ““

    Kolumbiyalı ulduz Karlos Bassa 8 il bundan əvvəl ölkəsində dolanışığını balıqçılıqla təmin edirmiş.

    ““

    Fransız mərkəz oyunçusu Rio Mavuba beynəlxalq sularda üzən bir gəmidə dünyaya gəlib. Doğum şəhadətnaməsindəki milliyyət qrafası boşdur. 2004-cü ildə 20 yaşı tamamlanandan sonra isə böyüdüyü plkə olan Fransanın vətəndaşlığına keçib.

    ““

    Əfsanəvi portuqal futbolçu Eysebionun tuta bilmədiyi ilk penaltini Joze Mourinyonun atası Feliks tutub.

    ““

    Dennis Berqkam həm də maşın mühəndisidir.

     ““

    Alessandro Nesta saatlarla pleysteyşn oynadığı üçün sol əlinin baş barmağı zədələnib. Nesta əməliyyat olunub və dörd həftəliyə meydanlardan uzaqlaşıb.

     ““

    Maskerano Argentinanın milli komandasının formasını ilk dəfə geyindiyi günə – 2003-cü il iyulun 16-na qədər hələ heç bir peşəkar səviyyəli klubun formasını geyinməmişdi.

    ““

    Kaka gəlirinin 40 faizini Rio şəhərində yerləşən bir kilsəyə bağışlayır.

    ““

    Rus mərkəz futbolçusu Andrey Arşavin moda ilə ilə çox əlaqəlidir. Ulduz oyunçu moda üzrə mütəxəssisdir və bu sahəyə aid 3 ədəd kitabı var.

    ““

    Tim Hovardda nevroloji xəstəlik olan Turetti sindromu var.

    ““

    “Arsenal”ın çex qapıçısı  Petr Çex ingilis, portuqal, ispan, fransız və təbii ki, öz ana dili olan çex dilində sərbəst danışa bilir.

    ““

    2001-ci ildə Sydneydə, Avstraliya – Samoa qarşılaşmasında hesab 31:0 oldu. Arçi Tompson isə 11 qolla böyük bir rekordun müəllifinə çevrildi.

    ““

    Bir futbol topunun oyunun 3 dəqiqəsində aldığı zərbələri yetkin bir insan alsa, bədəni şikəst ola bilər.

    ““

    1998-ci ildə ikinci liqa klubu “Jiul Petrosani” rumın yarımmüdafiəçisi İon Radunu  “Valcea” komandasına 500 kq ət qarşılığında satmışdı.

    ““

    Ronaldinyo gənclər komandasına oynayarkən, 23:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu 23 qolla məşhurlaşmışdı.

    ““

    Kolombiya ilə görüşdə qazanılan 3 penaltinin heç birini qola çevirə bilməyən argentinalı Martin Palermo beynəlxalq qarşılaşmada “ən çox penalti qaçıran” futbolçu adını qazandı.

    ““
    Keçmiş fin futbolçusu Sami Hyuyupia və “Çelsi”nin keçmiş hücumçusu Eidur Qudconsen ataları ilə eyni komandad oynamaq qismət olan futbolçulardır.

    ““

    Keçmişdə İngiltərədə qapıçılıq etmiş Uill Henri Folkun çəkisi düz 141 kq olub.

    ““

    Peşəkar müqaviləni imzaladıqdan sonra “ən uzun müddət ərzində oynamayan futbolçu” “Liverpul”un keçmiş qapıçısı Yurgen Nilson olub. “Hvidovre”dən 26 yaşında transfer edilən futbolçu düz 4 il 11 ay ərzində forma geyməyib.

    ““

    Fənərbaxça və Qalatasarayın keçmiş futbolçularından olan Heym Revivo İsraildə keçirilən rəqs yarışında ikinci yeri tutub.

    ““

    2002-ci il oktyabrın 31-də Madaqaskarda  “Adema” — SOE (“Stade Olympique de L’Emyrne”) komandalarının pley-offdakı revanş qarşılaşmasında SOE futbolçuları öz qapılarına 113 qol vurdular.

    Səbəb bu idi, komandaların pley-off mərhələsindəki ilk görüşlərində, çempionatın axırına bir tur qalmış hakim Razafintsalam son dəqiqədə SOE-nin qapısına penalti təyin edərək onu qızıl qazanmaq şansından məhrum eləmişdi. Nəticədə “Adema” mübahisəli penalti qolu ilə çempion elan edilmişdi.

    Axırıncı turda isə çempionluğu əlindən alındığı üçün incik düşən SOE məşqçisi Ratsarazak artıq birincilik başa çatmamışdan qızıl qazanmış olan “Adema” ilə cavab qarşılaşması zamanı futbolçulara göstəriş verdi: öz qapılarına maksimum sayda qol vursunlar. Yerində dayanıb baş verənləri müşahidə edən “Adema” futbolçuları isə dünya futbolu tarixində ən böyük hesablı, Ginnesin rekordlar kitabına düşmüş qələbənin  sahibinə çevrildilər. Qollar görünməmiş sürətlə vurulurdu – hər 36 saniyədən bir SOE futbolçuları topu öz qapılarından keçirirdilər.

    Nəticədə COE-nin məşqçisi Zaka Be, komandanın dörd futbolçusu (o cümlədən, Madaqaskar yığmasının kapitanı Mamisoa Razanfindrakoto) dörd illiyə diskvalifikasiya oldular.

    ““

    “Bləkbern Rovers” bir vaxtlar, Fransa futbolunun əfsanəsi Zİnəddin Zidanın komandaya transfer edilməsi  təklifini rədd eləmişdi.

    ““

    İker Kasillasın arası mərc xəstəsidir. Bütün La Liqa qarşılaşmalarına böyük miqdarda pul qoyur.

    ““

    Əfsanəvi alman qapışı Oliver Kanın Çində istedadlı qapıçılar axtardığı bir televiziya verilişi var.

    ““

    Coleon Leskottun üzündəki yara uşaqlıqda düşdüyü avtomobil qəzasından qalıb.

    ““

    Keçmiş “Qalatasaray” futbolçusu Didye Droqba karyerasının  ilk illərində Fransa milli komandasından aldığı təklifi komandada özünə yer tapa bilməyəcəyini düşünərək rədd eləmişdi.

    ““

    Fabiyo Kannavaro 1990-cı ildə İraliyada keçirilən Dünya Kubokunda top toplayıcısı imi. Əvsanəvi futbolçu 16 il sonra həmin kuboku kapitan olaraq qaldırıb.

    ““

    Braziliyalı ulduz Qrafit 21 yaşına qədər küçələrdən zibil toplayaraq yaşayırmış.

    ““

    Didye Droqba Fil Dişi Sahili milli komandasının futbolçuları ilə birlikdə ölkəsindəki vətəndaş müharibəsini dayandırıb.

    ““
    Frank Riberi uzun müddət əvvəl müsəlmanlığı seçdi və adını dəyişib Bilal Yusif Məhəmməd qoydu. Lakin hələ də rəsmən Frank Riberi adından istifadə edir.

    ““

    ZƏdələndiyinə görə ən uzun müddət boyunxa meydana çıxmayan ən bahalı futbolçu “Real Madrid”dən 11 milyon funt müqabilində “Milan”a transfer edilən Refnando Redondodur. İlk qarşılaşmasının 3-cü dəqiqəsində dizindən zədə alan Redondo təqribən 2.5 il meydanlardan uzaq qalıb. Redondo 2,74 milyon funt, ev və maşını “Milan”a geri qaytarmaq istəyib, ancaq klub bu təklifi qəbul eləməyib.

    ““

    Ferdinand, televizora baxarkən daim ayaqlarını

    izlerken ayaklarını mizin üzərinə qoyduğundan vətərini əzmiş və zədələmişdi.

    ““

    Bundesliqada qapısına ən uzaq məsafədən (73 metrdən) qol vurulan qapıçının Manuel Neuer olduğunu bilirdinizmi?

    ““

    Nigeriya əsilli Emmanel Adebayor 4 yaşına qədər gəzə bilmirmiş.

    ““

    1885-ci il, sentyabrın 12-də, Şotlandiya Kubokunun 1-ci tur qarşılaşmasında ,“Arborat” komandakı “Bon Akkord”u 36:0 hesabı ilə üstələmişdi.

    ““

    Qaret Beyl: “Uşaq vaxtı məhəllədə futbol oynayarkən, ədalətlilik olsun deyə, sol ayağımla oynamağı qadağan eləmişdilər”.

    ““

    Ən çox tamaşaçının toplandığı Dünya Kuboku görüşü DÇ-1950-nin finalı olub. Braziliyadakı “Marakana” stadionunda Braziliya ilə Uruqvay arasındakı final görüşünü 199 min 854 nəfər izləyib.

    ““

    “Atatürk Olimpiya Stadionu”nun açılışı zamanı burada keçirilən “İstanbul BŞB”- “Gençlerbirliği” arasındakı oyuna baxanların sayına görə, bura ən az tamaşaçısı olan 5-ci nəhəng stadion oldu. Dekabrın 9-da keçirilən bu qarşılaşmaya baxmaq üçün cəmi 50 nəfər tamaşaçı gəlmişdi.

    ““

    İngiltərədə arzuolunmaz şəxs elan edilən Alpay Özalanın gecə saat 3-də evinin qarşısına toplaşıb İngiltərə marşını səsləndirən bandanı kötəkləyərək onlara İstiqlal Marşını dinlətdirməsindən 11 il ötür.

    ““

    Bir oyun ərzində ən çox qol vuran futbolçu 1942-ci il, dekabrın 12-də Fransa kubokunda  “ObriAstyuri”nin qapısından 16 top keçirən  “Reysinq Klab de Lans” futbolçusu Stefan Stanis olub.

    ““

    Patris Evranın 23, Aleks Sonqun isə 27 qardaş-bacısı var. İki futbolçunun qardaş-bacılarından 4 ədəd 11 nəfərlik futbol komandası çıxar.

    ““

    2004-cü ildə yaşıl meydanlarla vidalaşan, “Arsenal”ın əfsanəvi qapıçısı Siimən evində televizora baxdığı əsnada əlini pulta çatdırmaq istəyərkən ayağını qırmışdı.

    ““

    Frank Lampard dünyanın ən zəkalı futbolçularından biridir. İQ-si 150-dir.

    ““

    Finlandiyanın unudulmaz futbolçularından olan Penti 1986-cı ildə öz qapılarına 5 qol vurub. Oyundan sonra komanda yoldaşları Penttiyə kompas alıblar.

    Hurriyyet.org