“Hər bir ölkənin öz iqtisadi spesikasına uyğun olaraq limitlərin tətbiq edilməsinə ehtiyac var”

    3

    Vüqar Bayramov son günlər ən çox müzakirə olunan məsələyə münasibət bildirib

    “Banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər son günlər ən çox müzakirə edilən məsələlərdəndir. Mövcud qaydalara əsasən, ƏDV məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30 min, digər vergi odəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər”.

    Hurriyyet.org xəbər verir ki, nağdsız hesablaşmaların çətinlikləri ilə bağlı məsələni İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov şərh edib.

    Təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Çətinliklər nədir və niyə bu qadağalar birmənalı qarşılanmır?

    250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir

    Çətinlik 1. Aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb. Yəni, 250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Hər ikis ayda ən çoxu 30 min manat nağdlaşdıra bilər. Halbuki, bu limitlər dövriyyə ilə əlaqləndirilməli idi. Məsələn, limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi.

    Özəl sektora hesablaşma növündə daha böyük limitlər çərçivəsində sərbəstlik vermək lazmdı

    Çətinlik 2. Limitlər vəsaitin mənbəsinin mülkiyyət növü üzrə fərqləndirilməyib. Nəzərə alsaq ki, bu qadağaların əsasən şəffaflığın gücləndirilməsi məqsədi ilə tətbiq edildiyi bildirilir o zaman büdcə vəsaitlərinə limit, özəl sektorun pullarına tətbiq edilən qadağalardan fərqli olmalıdır. Özəl sektora hesablaşma növündə daha böyük limitlər çərçivəsində sərbəstlik vermək lazmdı.

    Prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin

    Çətinlik 3. Qadağalar biznesi prosesə hazırlamadan tətbiq edilir. Əslində, daha yaxşı olardı ki, 2017-ci ildə nağdlaşdırma ilə bağlı limitlər dövlət vəsaitlərindən istifadəyə tətbiq edilsin və bu prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin.

    Əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməli idi

    Çətinlik 4. Qadağalar vəsaitlərin məqsədi üzrə də fərqləndirilməyib. Məsələn, qeyri-neft məhsulları ixrac üzrə subsidiya alan sahibkar həmin vəsaiti yalnız limitlər daxilində nağdlaşdıra bilir. Halbuki, əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməli idi.

    Qadağalardan sonra bu sahibkarlar hesablarına köçürülən pulu nağdlaşdırıb yenidən kənd təsərrüfatı məhsulları ala bilmirlər

    Çətinlik 5. Qadağalar kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olanlara da eyni qaydada da tətbiq edilir. Məsələn, bizim mərkəzə müraciət edən sahibkar Rusiya və Ukraniyaya kənd təsərrüfatı məhsulları ixrac edir. Məhsulları fermerlərdən və ya kəndlilərdən alır. Təbii ki, ödənişi nağd edir. İxrac etdiyi məhsulların pulunu isə bank vasitəsi ilə alır. Qadağalardan sonra bu sahibkarlar hesablarına köçürülən pulu nağdlaşdırıb yenidən kənd təsərrüfatı məhsulları ala bilmirlər. Nəticədə, bu aqrar məhsulların ixracı ilə məşğul olanların fəaliyyətini tormuzlayır.

    CESD nağdsız hesablaşmalara görə bonus sistemin tətbiqini təklif edir

    Çətinlik 6. Nağdsız hesablaşmaların genişlədirilməsi təşviqi deyil, belə inzibati metdolar ilə aparılır. Məsələn, uzun müddətdir ki, CESD nağdsız hesablaşmalara görə bonus sistemin tətbiqini təklif edir. Belə təşviqi metodlar sahibkarlar üçün də təklif edilə bilər. Təəssüf ki, hələlik sadəcə inzibatı metodlardan istifadə edilir.

    Dövlət büdcəsi vəsaiti üçün aylıq 5 min manatlıq limtilər tətbiq edilir

    Çətinlik 7. Əksər banklarda hətta limitlər daxilində də vəsaitlərin nağdlaşdırılmasına imkan verilmir. Dövlət büdcəsi vəsaiti üçün aylıq 5 min manatlıq limtilər tətbiq edilir. İctimai təşkilatlar onların hesabına köçürülən pullardan istifadə edə bilmirlər.

    Hər bir ölkənin öz iqtisadi spesikasına uyğun olaraq limitlərin tətbiq edilməsinə ehtiyac var

    Çətinlik 8. Limitlər tətbiq edilən zaman ölkə iqtisadiyyatın mövcud strukturu və xüsəsən də bir sıra pərakənd satış sferlarında nağdsız ödəniş ənənəsinin olmaması nəzərə alınmayıb. Halbuki, hər bir ölkənin öz iqtisadi spesikasına uyğun olaraq limitlərin tətbiq edilməsinə ehtiyac var və Azərbaycanda da istənilən limitlər mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla həyata keçirilməlidir.

    Limitlərin tətbiqi ilə bağlı daha əsaslandırılmış yanaşmaya ehtiyac var

    Çətinliklərin həlli: Limitlərin tətbiqi ilə bağlı daha əsaslandırılmış yanaşmaya ehtiyac var. “Hamı üçün eyni ölçü prinsipi ilə qadağaların tətbiqi” yanaşması deyil, vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətinin növü, məqsədi, iqtisadiyyatın mövcud strukturu, qeyri-neft ixrav faktoru, qadağaların dövriyyə ilə əlaqələndirilməsi kimi meyarlarıa əsaslanan mexanizmlərin tətbiqinə ehtiyac var. Bu isə o deməkdir ki, limitlərə yenidən baxılıb artırılması şərti ilə dövlət büdcəsi vəsaitlərin istifadəsində qadağaların saxlanılaraq özəl sektor üçün ən azı növbəti 1 il müddətinə bu qaydaların tətbiqinin təxirə salınmasına ehtiyac var.

    Şamo, Hurriyyet.org