Tramp Azərbaycana yardımı niyə kəsdi? – EKSPERTLƏRDƏN AÇIQLAMA

    9

    Qabil Hüseynli: “Amerikanın bəzi ölkələrə yardımını dayandırmasının arxasında siyasi məqsədlər də var”

    Qubad İbadoğlu: “Amerikanın Azərbaycana ayrılan yardımın dayandırılmasının səbəbləri çoxdur”

    Tramp administrasiyası 2018-ci il üçün dünya ölkələrinə göstəriləcək maliyyə yardımının miqdarını açıqlayıb.

    Xarici mediada yayılan məlumata görə, 6,2 milyon dolların ayrılması nəzərdə tutulan Qazaxıstan və 3,9 milyon dollar verilməli olan Türkmənistan yardımdan tam məhrum olunacaq.

    Qırğızıstana yardım 60% azaldılaraq 18 milyon dollar, Tacikistana yardım 47,6% azaldılaraq 17,3 milyon dollar və Özbəkistana yardım isə 4% artırılaraq 9,8 milyon dolar həcmində müəyyən olunub. Ukraynaya 570 milyon dollar əvəzinə 177 milyon dollar, Gürcüstana isə 42 milyon dollar əvəzinə, 28 milyon dollar yardım ayrılacaq. Ermənistana ayrılan maliyyə yardımı 77,3 faiz, yəni 17,633 milyon dollardan 4 milyona qədər azaldılacaq. Azərbaycan, və Belarusa isə ümumiyyətlə, maliyyə yardımı ayrılmayacaq.

    Qeyd edək ki, ən çox yardım Əfqanıstana (650 milyon dollar) və Pakistana (211 milyon dollar) nəzərdə tutulur.

    Nəzərə çatdıraq ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırıb, bu il üçün isə bu vəsait 12.94 milyon dollara yaxın nəzərdə tutulur. 

    “Amerikanın bəzi ölkələrə yardımını dayandırmasının arxasında siyasi məqsədlər də var”

    ““Türkiyə

    Politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, Tramp dövlət büdcəsinə ciddi qənaət edəcəyini seçkiqabağı da vəd etmişdi: “O, büdcəni əsasən milli hərbi sənayenin inkişafına yönəldəcək. Əlbəttə, yardımların azaldılması sırf humanitar xarakter daşısa və bir çox dövlətlərin buna ehtiyacı olsa da, bu bəzi dövlətlərə həm “göz dağı”,  həm də xəbərdarlıq xarakteri daşıyır. Mənə belə gəlir ki, Amerikanın bəzi ölkələrə yardımını dayandırmasının arxasında siyasi məqsədlər də var”.

    “Onlar Azərbaycanı humanitar yardıma ehtiyacı olmayan bir ölkə kimi bilirlər”

    “Tramp qonşu ölkələrə ayrılan yardımı azaltdığı halda, Azərbaycana ayrılan yardımı kəsməklə ayrı-seçkilik edirmi” sualına politoloq belə cavab verib: “Mən bunu belə zənn etmirəm. Onlar Azərbaycanı neft-qaz ölkəsi, yəni zəngin, humanitar yardıma ehtiyacı olmayan bir ölkə kimi bilirlər. O səbəbdən də yardımı dayandırırlar. Guya, Amerika Azərbaycana nə yardım verirdi?! Tutalım, 20 milyon pul verirdi, 20 milyon dollar bir məmurun cib xərcliyidir. Heç onu verməsin, verən günü də olmasın”.

    Politoloqun fikrincə, Əfqanıstan və Pakistan yardımın çox ayrılmasının səbəbi  odur ki, o ölkələrdə Amerikanın strateji maralarına zidd olan Taliban dəstəsi və digər hərbi qruplaşmalar var: “Mərkəzi hakimiyyət də kifayət qədər zəifdir, ordu quruculuğu üçün pul lazımdır. Ona görə də həmin ölkələrə yardım göstərilməlidir ki, həmin ölkələr öz süverenliyini, dövlətin bütövlüyünü qoruyub saxlaya bilsinlər. Yoxsa mərkəzdənqaçma qüvvələri ölkə üçün böyük zərər verə bilər”.

    “Ukraynaya yardımın azaldılmasını yanlış hesab edirəm”

    Q.Hüseynli əlavə etdi ki, Ukraynaya yardımın azaldılmasını yanlış hesab edir: “Bu, düzgün deyil. Düzdür, Ukraynaya yardımın azaldılmasında korrupsiya, rüşvət faktları rol oynaya bilər. Ukrayna bu məsələlərin heç cürə kökünü kəsə bilməyəcək. Ona görə də azadılıb”.

    “Azərbaycanının göstəriciləri Ermənistanla müqayisdə daha yaxşı vəziyyətdədir”

    ““

    İqtisadçı Qubad İbadoğlu isə bildirdi ki, Amerikanın Azərbaycana ayrılan yardımın dayandırılmasının səbəbləri çoxdur: “Bütün ölkələrə ayrılan maliyyə yardımı azaldılıb. Azərbaycanda ayrılan yaradımın kəsilməsinin Azərbaycanın iqtisadi göstəricilərinin Ermənistanla müqayisədə yaxşı olması kimi də hesab etmək olar. Çünki Azərbaycanda adambaşına düşən gəlir və büdcənin göstəriciləri Ermənistanla müqayisdə daha yaxşı vəziyyətdədir”.

    “Azərbaycanda xarici donorların fəaliyyətinə məhdudyyətlər var”

    “Dgər bir tərəfdən Azərbaycanda xarici yardımların reallaşdırılması problemləri var. Yəni proqramların, layihələrin həyata keçirilməsində xarici donorların fəaliyyətinə məhdudiyyətlər var. Proqramların, layihələrin həyata keçirilməsində əlavə tələblər var. Görünür, bu fakt da rol oynayıb”, – deyə əlavə etdi iqtisadçı.

    “Bu, Amerikanın ümumi siyasətinin tərkib hissəsidir”

    Q.İbadoğlunun fikrincə, Trampın keçmiş MDB ölklərinə ayrılan məbləği azaltması və yaxud kəsməsində bir siyasi məqsəd yoxdur: “Bu, Amerikanın ümumi siyasətinin tərkib hissəsidir. Tək keçmiş MDB məkanı deyi, bütövlükdə beynəlxalq səviyyədə xarici yardımların azaldılması ilə bağlı Tramp təşəbbüs göstərib”

    “Strateji məqsədli ölkələr var ki, Amerikanın o ölkələrdə bir neçə illik proqramları var”

    Q.İbadoğlu qeyd etdi ki, Əfqanıstana və Pakistana ayrılan yardımların böyük məbləğdə olmasının səbəbi var: “Bir çox ölkələrə ayrılan məbləğlərdə azalma olsa da, strateji məqsədli ölkələr var ki, Amerikanın o ölkələrdə bir neçə illik proqramları var. Bu proqramların büdcəsinə uyğun da maliyyə nəzərdə tutulub”.

    Şamo Emin, Hurriyyet.org