Ərdoğan: “Rusiya və Türkiyənin atacağı addım regionun taleyini dəyişəcək”

    3

    Putin: “Möhtərəm prezident Ərdoğan, referendum münasibəti ilə sizi təbrik edirəm”

    “Çünki birlikdə qəbul edəcəyimiz qərarlar srateji əhəmiyyət daşıdığından parlamentlərimiz tərəfindən təsdiqlənməlidir”

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin qonağı olub.

    Ərdoğan və Putin qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı bəyanatlar veriblər.

    Ərdoğan deyib: “İnanıram ki, Rusiya və Türkiyənin burada atacağı addım regionun taleyini dəyişəcək”.

    Putin isə öz açıqlamasında bunları söyləyib: “Qarşılıqlı fəaliyyətimiz Rusiya-Türkiyə münasibətlərinin xüsusi mərhələyə qədəm qoyduğunun və tamamilə düzəldiyinin göstəricisidir”.

    Prezident R.T.Ərdoğan və V.Putin Soçidə təkbətək görüş keçiriblər.

    Ərdoğan: “İkitərəfli münasibətləri və regional məsələləri ətraflı şəkildə müzakirə edəcəyik”

    Ərdoğan mətbuat və ictimaiyyət nümayəndələri qarşısındakı çıxışında bunları söyləyib: “Dəyərli dostumun dəvəti ilə Qara dənizin bir tayından o biri tayına gəldim. Dəvətiniz üçün təşəkkür edirəm. Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərimizi, regional məsələləri ətraflı şəkildə müzakirə eləmək imkanımız olacaq”.

    Putin: “Türkiyədəki referendum münasibəti ilə təbrik edirəm”

    Putin isə qarşılama çıxışında bunları qeyd edib: “Dəvətimizi qəbul edib Soçiyə gəldiyiniz üçün təşəkkqr edirik. Münasibətlərimiz  tamamilə razılaşdığımız şəkildə davam edir. İşgüzar görüşümüz zamanı ikitərəfli məsələlər və Suriya başda olmaqla, gündəmdə olan mövzuları müzakirə eləmək imkanı əldə elədiyimiz üçün çox məmnunam. Sizinlə görüşlərimiz, Türkiyə-Rusiya münasibətlərinin normallaşma prosesini tamamlandıqdan sonra çox xüsusi xarakterə malik olmasının göstəricisidir. Rusiyaya xoş gəlmisiniz, möhtərəm prezident… Türkiyədəki referendum münasibəti ilə sizi təbrik edirəm. Türkiyənin daxili siyasi vəziyyətinin daha da yaxşılaşması, Türkiyə-Rusiya münaqibətlərinin inkişafına müsbət təsir göstərəcək. Çünki sizinlə birlikdə qəbul edəcəyimiz qərarların böyük bir qismi strateji əhəmiyyətə malik olduğundan parlamentlərimiz tərəfindən təsdiqlənməsi lazımdır”.

    Hurriyyet.org