Samir Əliyev: “Ötən aylar ərzində 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib”

    6

    “Möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, dollara tələbat yenidən artacaq”

    “2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb. 2017-ci ilin analoji dövründə valyuta bazarına bir qədər çox – təxminən 2 milyard 80 milyon dollar yönəldilib. Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, yerdə qalan 2279 milyon manat makroiqtisadi sabitlik üçün Mərkəzi Banka köçürülüb”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib.

    “Bir sıra sərt inzibati tədbirlər manata dəstək verib”

    Əliyev qeyd edib ki, Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çox hissəsi onun valyuta ehtiyatlarına yönəldilib: “Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib. Üstəlik bir sıra sərt inzibati tədbir – pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib”.

    “Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir”

    İqtisadçı əlavə edib ki, bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib: “Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir. Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırlması labüddür, dollara tələbat yenidən artacaq”.

    Şamo, Hurriyyet.org