Ərdoğanın “sürprizi” gecikmədi: İraqın Səncar dağındakı PKK yuvaları bombalandı 

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin ötən gecə Səncarda yerləşən PKK yuvalarına hava hücumlarının ilk görüntüləri yayılıb. Videotəsvirlərdə İraqın Səncar dağı bölgəsində və Suriyanın şimal-şərqində həyata keçirilən hava əməliyyatlarının görüntüləri yayılıb. Videoda Səncardakı hədəflərin vurulma məqamları göstərilir. Əməliyyatın gedişində PKK terror təşkilatına məxsus hədəflərin tam dəqiqliklə vurulduğu qeyd edilib.

    Türkiyə Baş Qərargahından məsələ ilə bağlı verilən açıqlamada deyilir: “Suriya və İraqın şimalı, nifaqçı PKK terror təşkilatı və təşkilatın Suriya və İraqdakı uzantıları tərəfindən ölkəmizə terrorçu, silah-sursat və partlayıcı maddə keçirilməsi məqsədi ilə, xüsusilə də son zamanlarda olduqca çox istifadə edilməkdədir. Bu regionlardan ölkəmizə keçirilən terrorçulardan, silah və təhcizatlardan, sərhəd məntəqələrimizə yönəlmiş təcavüz və hücumlarda və axırıncı dəfə Diyarbəkirdə tunel qazılması ilə kütləvi dağıntı və tələfat məqsədi güdən terror aktı zamanı  istifadə edilmişdir.

    Birləşmiş Terror təşkilatı ölkəmizin daxilində qəhrəman silahdaşlarımızın, asayiş keşikçilərimizin və vətəndaşlarımızın şəhid olmasına və yaralanmasına səbəb olan terror əməliyyatlarının həyata keçirilməsində və dəstəklənməsində istifadə edilən İraqın şimalı/Səncar dağə, Suriyanın şimal-şərqi/Karaçok dağı bölgələri tamamilə terror yuvasına çevrilib.

    Ölkəmizin və millətimizin birlik, bütövlük və təhlükəsizliyinə qəsd edən bu terror yuvalarının yox edilməsi məqsədi ilə, beynəlxalq hüquqdan qaynaqlanan hüquqlarımız çərçivəsində 2017-ci il aprelin 25-də, saat 02.00-da İraqın şimalı/Səncar dağı və Suriyanın şimal-şərqi/Karaçok dağı bölgələrində hava əməliyyatları icra edilib və bəlli olan terrorçu yuvaları tam dəqiqliklə vurulub.

    Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrimizin bütün ünsürləri tərəfindən, nifaqçı terror təşkilarına qarşı istər ölkə sərhədləri içərisində, istərsə də sərhəddən kənarda güclü və əhatəli terrorla mübarizə əməliyyarımızı böyük bir əzm və qətiyyətlə aparılmaqdadır. Əməliyyatlar bundan sonra da ən axırıncı terrorçu zərərsizləşdirilənə qədər eyni əzm və qətiyyətlə davam etdiriləcək”.

    http://www.milliyet.com.tr/son-dakika-sincar-a-hava-gundem-2438810/

    Hurriyyet.org

    ““ 

    ““