Ali Neft Məktəbinin tələbələri niyə qıpqırmızı oldular?

    9

    Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə əməkdaşlığı çərçivəsində BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinin BP şirkətinin “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsinə səfəri təşkil edilib. Tədbirin məqsədi tələbələri BP-nin layihəsi olan “Şahdəniz – 2” ərazisində tikinti və quraşdırma işləri ilə tanış olması və onların təcrübə biliklərini səviyyəsinin artırılmasıdır.

    BANM-dən Hurriyyet.org-a verilən məlumata görə, səfər zamanı layihənin baş meneceri Alister Anderson və layihə mühəndisi Alister Mayr təqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz – 2” layihəsi və platformalar haqda geniş məlumat verilib və onlar sözügedən platformanın göyərtəsinin birində olublar. ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz – 2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci yarısında planlaşdırılır.

    Tələbələrə, o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və  35 nəfər tələbə qırmızı geyimdə mühəndis müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar.

    Hurriyyet.org-a verilən məlumatda o da qeyd edilir ki, BANM-nin BP şirkəti ilə əməkdaşlığın çərçivəsində Səngəçal terminalına və “ATA yard” sahəsinə bir neçə səfər təşkil olunub və sözügedən şirkətinin rəhbərləri və mütəxəssisləri Ali Məktəbində 30-dan artıq təqdimatla çıxış ediblər. 2014-cü ildən başlayaraq bu kimi tədbirlər BANM-in tədris prosesinin tərkib hissəsinə çevrilib.

    Nigar, Hurriyyet.org

    ““