Rusiya susacaqmı? –  Ermənistan rus hərbçisinin qatilini cəzadan yayındırmaq istəyir – VİDEO

    3

    Truzyanın dediyinə görə, bazar günü istintaq eksperimenti aprılıb və bu zaman şübhəli şəxs ifadə verərək insidentin necə baş verdiyini danışıb.

    Xatırladaq ki, müqavilə ilə hərbi xidmətdə olan Rusiya vətndaşı Dmitri Yallayev şənbə günü Gümrüdə qətlə yetirilib. RF Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin verdiyi xəbərdə ilkin məlumatlara görə, qətlin məişət zəmininndə törədildiyi, şübhəli şəxsin yaxalandığı deyilir.  Ermənistanın İstintaq Komitəsində cinayət işi qaldırılıb və təhqiqatın aparılması xüsusilə vacib işlər üzrə baş idərəyə tapşırılıb.

    Ermənistanın şimalındakı Gümrü hərbi bazasında 102-ci Rusiya hərbi bazası mövcuddur və baza MDB-nin Birləşmiş Hava Hücumundan Müdaxiə sistemi çərçivəsində keşik çəkir. Rusiya və Ermənistan 2010-cu il, avqustun 20-də bazanın ərazidə qalması müddətini 2044-cü ilə qədər uzadıblar.

    Ermənistan İstintaq Komitəsi isə Gümrüdə qətlə yetirilmiş rusiyalı hərbçinin qatili olan erməninin psixi sağlamlıqla bağlı problemləri olduğunu bəyan edib. Hətta erməni məmurları, tələm-tələsik fəaliyyətə keçərək, onun məhdud anlaqlı olduğu üçün orduda xidmətə yararsız olduğu barədə bir ay əvvəlki, yəni mart ayı tarixinə arayış da hazırlayıblar. İstintaq Komitəsinin açıqlamasında iddia edilir ki, “İlkin istintaq zamanı aşkar edilib ki, şübhəli şəxsin psixiki sağlamlıqla bağlı bəzi problemləri mövcuddur. 2016-cı ilin noyabrıbda orduda xidmət etdiyi zaman o, bir neçə dəfə özünə zərər verib və müayinə üçün MN-nin İrəvan qarnizonu hospitalının psixoloji şöbəsinə göndərilib”.

    İK-nin nməlumatında deyilir ki, bu il martın 9-da qatilin məhdud anlaqlı olduğu barədə ekspertiza rəyi ilə o, dinc dövrdə hərbi xidmətə yararsız hesab edilib və müdafiə nazirinin əmri ilə mart ayında ordudan təxris edilib.

    Rus əsgərinin qanı hesabına qazanılmış Azərbaycan torpaqlarında dövlət quran ermənilər onlara olan minnətdarlıq borclarını belə ödəyirlər.

    Saytımızda dərc edilmiş, Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi hissə barədə ətraflı məlumat verən “Ermənistanın Türkiyə ilə sərhədini rus hərbçilər qoruyur” yazısını diqqətinizə çatdırırıq:

    Hurriyyet.org xəbər verir ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı XIX əsrin əvvələrindən bəri başlayıb. O zaman, İranla Rusiya arasındakı Gülüstan və Türkmənçay müqavilələrindən sonra Şimali Azərbaycan ərazisi Rusiyanın nəzarətinə keçir. Bundan 100 il sonra isə Gürcüstan və Azərbaycan öz milli respublikalarını qurduqları dövrdə, Azərbaycanda qanlı qırğınlar törədilir, güclü siyasi təzyiq göstərilir və Rusiyanın dəstəyi ilə Qərbi Azərbaycan torpaqlarında, qədim İrəvan xanlığının ərazisində Qafqazda tarixdə indiyə qədər mövcud olmamış Ermənistan respublikası yaradılır.
    1 dekabr Zəngəzurun ermənilərə “hədiyyə“ verildiyi gündür. Belə ki, Rusiyanın təzyiqi ilə 1920 -ci ildə Azərbaycanda bolşevik hökumətinin – Müvəqqəti İnqilab Komitəsi Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.
    Bundan iki gün öncə – noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Əliheydər Qarayev kimilər başda olmaqla Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər. 
    Artıq sovet dövründə Ermənistan SSR-in ərazisində 164-cü imotoatıcı diviziya yaradılır. Sonra onun bazasında 127-ci motoatıcı polk, 992-ci artilleriya polku və 116-cı tank batalyonu təşkil edilir.
    SSRİ-nin süqutundan sonra həm dövlətdaxili, həm də dövlətlərarası silahlı münaqişələr başlayır. Bu zaman Azərbaycan torpaqlarını – Qarabağı işğal edən Ermənistan yenə də Rusiyadan dəstək görür.
    2000-ci illərdə Rusiya ilə Gürcüstan arasındakı mürəkkəb münasibətlər yenə də regiondakı iqtisadi vəziyyətə neqativ təsir edir. Üstəlik, Rusiya öz qoşunlarını Gürcüstan və Azərbaycan ərazilərindən çıxarmağa məcbur olmuşdu.
    1992-ci il avqustun 21-də Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu barədə Müqavilə, 1995-ci il martın 16-da isə Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazasının yaradılması barədə Razılaşma imzalanıb. Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası da məhz bu müqavilələr əsasında fəaliyyət göstərir.
     Bazanın əsasını Zaqafqaziya hərbi dairəsinin 127-ci motoatıcı diviziya təşkil edir. Baza MDB-nin Hava Hücumundan Müdafiə Birləşmiş Sistemi çərçivəsində hərbi keşikdə durur və Cənub Hərbi Dairəsinin Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun komandanlığına tabedir.
    Baza C-300B zenit-raket komplekslər (998-ci zenit-raket polku), MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT (3624-cü aviasiya bazası, İrəvan yaxınlığındakı Erebuni aerodromunda yerləşdi) ilə təmin edilib. 
    Bazanın fəaliyyəti ilə bağlı müqavilə 25 illik müddətə bağladılmışdı, sonra isə, 2010-cu ildə RF prezidenti D.A.Medvedevin Ermənistana səfəri zamanı daha 49 il müddətinə (2044-cü ilə qədər) uzadıldı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya hərbçiləri Ermənistan ərazisinin təhlükəsizliyinə cavabdehdirlər, yəmi Ermənistana xarici təhlükə, Rusiyaya qarşı təhlükə kimi qəbul ediləcək. 102-ci baza Ermənistan Respublikası ərazisində pul kompensasiyası ödənilmədən yerləşdirilib. 
    2017-ci ildə Ermənistandakı Rusiya hərbi qüvvələrinin Birləşmiş qruplaşmasının formalaşması başa çatdıqdan sonra hərbi baza, Ermənistan Silahlı Qüvvələri ilə birliklə həmin qruplaşmanın tərkibinə daxil olacaq, yəni ikisi birləşəcək.
    Viktor Sokirkonun 2013-cü il, dekabrın 5-də, http://warfiles.ru/show-44371-ushli-na-bazu.html ünvanında dərc edilmiş, “Rusiya Ermənistanda hərbi varlığını genişləndirir” yazısında Rusiyanın Gümrüdəki bazasının gündəlik həyatından bəhs edilir. Yazıda 2013-cü ilə aid maraqlı faktlar var: “Hazırda Rusiyanın Ermənistandakı hərbi varlığı 13 000 nəfərdən artıqdır (Ermənistan ordusunun sayı isə – 39 000 nəfərə yaxındır). Onlar, ilk növbədə Gümrüdəki 102-ci bazadakılardır. Daha 5000 nəfər “Erebuni” hərbi bazasında yerləşdirilib. Üstəgəl, erməni həmkarları ilə birlikdə ERMƏNİSTANIN TÜRKİYƏ İLƏ 330 KM, İRANLA 45 KM UZANAN SƏRHƏDLƏRİNİ QORUYAN 4 500 NƏFƏR RUS SƏRHƏDÇİSİ . Sərhəd qüvvələri qruplaşmasının tərkibində – dörd sərhəd dəstəsi (Gümrüdə, Armavirdə, Artaşetdə, Mehridə) və İrəvan hava limanındakı “Zvartonts” xüsusi sərhəd nəzarəti məntəqəsi var”.
    Müəllif daha sonra ermənilərin rus əsgərlərinin burada olmasından necə bir məmnunluq duyduqlarını, bundan nəinki ümumi hərbi-siyasi sahədə, həm də gündəlik dolanışıqda necə faydalandıqlarını təsvir edir:
    “ – Ruslar bizim üçün çox şey deməkdirlər, hətta təsəvvür edə bilmirəm ki, Gümrüdə hərbi baza olmasaydı, işimiz necə olardı, – deyə məni taksidə poliqona aparan Saak Xaçatryan deyir. –Hesab elə ki, Gümrünün yarısı bazanın hesabına çörək tapır.
    Sürücü sarıdan bəxtim gətirmişdi: Saak Rafikoviç demək olar ki, buradakı bütün hərbçiləri – sıravilərdən tutmuş polkovniklərə qədər tanıyır. Sürücülükdən başqa onun bir biznesi də var: Xaçatryan… əsgər poçtolyonu işləyir. Valideynlər onun vasitəsi ilə burada xidmət edən övladlarına pul göndərirlər. O, pulköçürmə nömrəsini ona verən əsgərin xahişi ilə pulu bankdan çıxarıb düz hərbi hisssəyə gətirir. Havayı yox – çatdırılma haqqını rublla alır. İş dürüst qurulub – aldatmaq yoxdur. Buna görə də müştərisi bol və daimidir.
    – Nə danışırsan? Necə aldada bilərəm – taksiçi-poçtolyon təəccüblənir. – Bu ki, demək olar, öz uşaqlarımızdır. Bilirsən, erməni qadınlar rus əsgərlərini necə adlanrırlar? “Oğlum”! Həmişə kömək eləyərlər, – həm yemək verərlər, həm paltarını yuyarlar. Evimdə həmişə “dembel”lərin əşyaları olur – hər ehtimala qarşı, birdən, kazarmada çırpışdırırlar.
    Həqiqətən də, yerli sakinlərin hərbçilərə münasibəti çox yaxşıdır. Əvvəla, gözəl bilirlər ki, onlar ermənilərin müdafiəçiləridir. İkincisi, bazanın şəxsi heyətinin demək olar ki, yarısı ermənilərdən ibarətdir (yeri gəlmişkən, yerlilərin az qala hamısının Rusiya vətəndaşlığı var) – onlar müqavilə əsasında xidmət edirlər. Bu isə, Gümrünün başqa yerində tapılmayan sabit və yüksək maaşlı işdir (Ermənistanda orta maaş 110 min dramdır – 10 min rubla yaxın). Müqavilə ilə rus ordusunda xidmət edən bir erməni minimum on qohumunun qarnını doyurur. Hərbi şəhərciklərin ərazisində ermənilərin obyekt kimi işlətdikləri çoxsaylı kafe, çayxana var. Bu qəlyanaltı yerləri də yaxşı qazanc gətirir. Yeri gəlmişkən, əsgərlər orada da telefon vasitəsilə – köçürmə ala bilirlər. Amma Saakdan fərqli olaraq, kafe sahibi bu xidmətə görə, məbləğin yarısını alır”.
    Krımı almaqla Qara dənizə çıxışını təmin edən Rusiyanın forpostu olan Ermənistan da azı Krım qədər əhəmiyyətə malikdir. Ötən ilin payızında Rusiya prezidenti Vladimir Putinin erməni-rus birləşmiş hərbi qrupları yaradılması barədə fərmanından sonra amerikalı ekspert, ABŞ-ın xarici siyasət üzrə Şurasının əməkdaşı Stefan Blank bildirmişdi ki, Rusiya öz ətrafında müvəffəqiyyətlə “çətir” yaradır – həm hava hücumuna qarşı, həm də qurudan müdafiə üçün. Və Ermənistan bu çətirin bir hissəsinə çevrilir. O, hesab edir ki, Rusiya öz “ellips”ini tamamladıqdan sonra Qarabağ münaqişəsini öz bildiyi kimi nizamlaya biləcək (bax: http://hurriyyet.org/15768-ermenstan-rusya-brleshmsh-qruplar-fades-ney-bldrr.html). 
    Və budur, Rusiya ordusunun Qafqazda varlığının 200-cü ilində, “atəşkəs” dövründə biz az qala hər gün cəbhədən, orta məktəbi, yaxud da universiteti təzəcə bitirmiş, anaların ümidi, vətənin gələcəyi olan gəncin bayrağa bükülü cənazəsini qarşılayırıq. Minlərlə yazılmamış qəhrəmanlıq dastanımız var. Lakin biz onların səadət hekayəsinin qəhrəmanı olmasını necə də arzulardıq. 
    Bu gün, Xocalı faciəsindən dörddə bir əsr, 25 il keçdiyi tarixdə, qəsəbəyə hücum edib misli görünməmiş soyqırımı törədən erməniləri dəstəkləyən 366-cı motoatıcı alayı da unuda bilmərik. Amma bu, ayrıca, kitablara sığışmayacaq böyük mövzudur. Sadəcə iki kəlmə ilə kifayətlənirik: 366-cı motoatıcı alay — keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsidir. 
    Uğur və ruh yüksəkliyi ilə başlayan 2016-cı il aprel döyüşlərinin qəfil dayandırılmasının pərdəarxasında da Rusiyanın olması barədə söz gəzir. 
    Ermənilərin xislətinə yaxşı bələd olan rus alimi Vasili Veliçko “Qafqaz. Rus işi və tayfalarası münasibətlər” əsərində Rusiyanın erməniləri Qafqazda yerləşdirilməsindən narahatlığını və buna narazılığını bildirir: “İşğal edilmiş vilayətlərin sakini olan müsəlmanlar acı bir istehza ilə soruşurlar: “Bəs ruslar haradadır? Onlar buraları kimin üçün qazanıblar? Hər halda özləri üçün yox”.
    Ermənistandakı rus hərbi bazasında xidmət barədə YouTube kanalında yerləşdirilmiş videoda imperializmin rus gənclərinin vətənpərvərlik, vətənə xidmət duyğularının ermənilərin xeyrinə necə istismar etdiyinin şahidi oluruq: 


    Hurriyyet.org