Ərdoğan: “YPG terrorçuları ilə rus hərbçilərin birgə fotosunu Putinə göstərdim, “Ola bilməz”, – dedi”

    6

    Putin kürd dövləti istəmir

    Putinin də bir kürd dövlətinə müsbət yanaşmadığını bildirən Ərdoğan deyib: “İdlib və 5 ayrı rayonda atəşkəs regionu yaratmaq təklif olunur”.

    Ərdoğanın təyyarədə jurnalistlərə verdiyi məlumatı yığcam şəkildə belə ifadə eləmək olar:

    “Bu günkü dəvət möhtərəm Putinin təklifidir. Soçi görüşünün məlum hadisələrin fəallaşması dövründə baş tutması yerinə düşdü. Mayın 16-da da ABŞ-a səfərimiz olacaq. Bu səfərin bizim üçün mühüm olan cəhəti – Suriya məsələsində  ABŞ ilə Rusiyanın mövqelərində fərqin olub-olmadığını görməkdir. Bəllidir ki, hazırda Suriya məsələsi ilə bağlı Astanada danışıqlar aparılır. İlk dəfədir ki, orada Amerika xarici işlər nazirliyinin müavini səviyyəsində iştirak edir. Bundan əvvəl bu səviyyədə iştirak eləməmişdi.

    Yeri gəlmişkən, indi yeni anlayışlar da yaranmaqdadır. Biz, “terrordan təmizlənmiş təhlükəsiz bölgə” ifadəsini işlədirik və işlədəciyik. Daha bir yeni ifadə isə “atəşkəs bölgəsi”dir. Bu, mərkəzi İdlib olan ərazidir; İdlib vilayəti ilə yanaşı, Hələbin bir hissəsi, Humusun El Rastan bölgəsi, Şam, Dareaa və Kuneytra şəhərlərinin ətrafındakı kənd əraziləri bura daxildir. Məqsədimiz 4 bölgədə atəşkəs addımının atılmasıdır. Buna nail olunarsa, Suriya məsələsinin 50 faizi həll edilmiş olacaq”.

    Çində üçtərəfli sammit

    Türkiyə prezidenti R.T.Ərdoğan, Çin və Rusiya prezidentləri ilə Çində üçtərəfli görüş keçirəcəklərini də bildirib.

     ““ Ərdoğanın Putinə göstərdiyi şəkil

     

    Hurriyyet.org