Reallığı itirmiş ermənilər

    9

    Xüsusilə kitabda ermənilərin zaman-zaman öz doğma ərazilərimizə hücum etmələri, torpaqlarımızda özlərinə dövlət yaratmaqları ürəkağrısı ilə qələmə alınıb. Həmçinin ermənilərin nəinki Azəraycanda, eynilə Anadoluda, Güney Azərbaycanda öz çirkin məqsədlərini reallaşdırmaq üçün soyqırım siyasətlərinə əl atdıqları öz əksini tapıb. Daşnakların əsasən Avropa və Çar Rusiyasından dəstək alaraq, Osmanlı impersiyasına qarşı çıxmaları və nəticədə Osmanlı dövlətinin məcburiyyət qarşısında erməniləri başqa ərazilərə köçürmələri qeyd edilib. Həmin hadisədən sonra ermənilər bunu guya 1915-ci ildə soyqırıma məruz qaldıqları kimi təqdim edirlər.

    Ümumiyyətlə, bu günə qədər  ermənilərin soyqırım siyasəti ilə bağlı bir sıra kitablar oxumuşam. “Real hisləri itirmiş ermənilər” kitabı gələcək nəsillər üçün yaddaş  kitabı adlandırmaq olar.

    Eyni zamanda kitabda Andronika, Droya və başqa cani erməni generallarına qarşı döyüşən Azərbaycanın mərd övladlları Sultan bəy və Abbasqulu bəy Şadlinski haqqında məlumatlar öz əksini tapıb.  Kitab babamın uşaqkən mənə 1920-ci illərdə ermənilərə qarşı döyüşən “Qırmızı Tabor” haqqında danışdıqlarını xatırlatdı. Babam qeyd edərdi ki, Şərur-Dərələyəz istiqamətində ermənilərin hücumlarının qarşısı alınmışdı. Babama da onun atası danışmışdı.

    Kitabda tarixi faktlarla yanaşı, Azərbaycanın dünyada artan nüfuzu fonunda bölgədə siyasi-hərbi və iqtisadi vəziyyətin Azərbaycanın xeyrinə işlədiyi vurğulanıb.

    Qeyd edim ki, Zahiddin Abbasov Niderlandda fəaliyyət göstərən “Connekt” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü, dəyərli dostum Vüqar Abbasovun əmisidir. Vüqar Abbasov Niderlandda və Avropada kifayət qədər tanınan diaspor fəalıdır. Bu gün Niderladda lobbi fəaliyyətlərini davam etdirir. Niderlandın siyasi-ictimai dairələri sıx-sıx görüşlər keçirir.  Bu yerdə atalarımızdan qalma kəlamı xatırlatmaq istərdim: “Ot kökü üstə bitər”. 

    Elnur Eltürk

    ““