ARTIQ 2 SAAT… BAYRAQLARA DİQQƏT! 

    6

    Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trapm Şimali Koreya ilə müharibənin ciddi bir risk olduğunu bildirib: “Gərginliyin diplomatik yolla həll edilməsini çox istərdik, lakin olduqca çətindir”.

    ABŞ-ın bütün dünyanı aldadıb Avstraliya adı ilə Şimali Koreya sahillərinə göndərdiyi “USS Karl Vinson” və digər hərbi gəmilər isə qaynar bölgədən cəmi iki saat uzaqlıqdadır. Bu məlumatı ABŞ-ın Sakit okean qüvvələrinin komandiri admiral Harri Harris verib.

    Xatırladaq ki, Pxenyan çərşənbə günü Şimali Koreya ordusunun yaradılmasının 85-ci ildönümünü qeyd edib və nhəngmiqyaslı təlim zamanı yüzlərlə tank və top eyni anda atəş açaraq dünyanı lərzəyə salıb.

    25 milyon adam təhdid altındadır

    ABŞ-ın nüvə texnologiyaları mütəxəssisi və “38 North” adlı saytın rəhbəri Con Şillinqə görə, Şimali Koreyanın sərhəddə cəmlənmiş 21 mindən artıq top və raket qurğusu Cənubi Koreyanın paytaxtı Seul və ətrafında yaşayan 25 milyon insanı təhdid altında qoyur. Cənubi Koreyanın çoxsaylı əhaliyə malik paytaxtı sərhəddən cəmi 56 km uzaqlıqdadır.

    Hurriyyet.org

     

    “Son“““Son 

     

    “Son

    ““ ““