Yanukoviçin 1,5 milyard dolları müsadirə ediləcək

    3

    Ukraynanın “Oşadbank” dövlət bankı ölkənin keçmiş prezidenti Viktor Yanukoviçə və onun yaxınlarına məxsus 1,5 milyard dolları müsadirə edəcək.

    Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov deyib. Onun sözlərinə görə, məhkəmənin sərəncamı ilə üzərində həbs qoyulan bu vəsait dövlət büdcəsinə köçürüləcək.

    Ukraynanın prezidenti Pyotr Poroşenko isə bildirib ki, vəsait ölkənin güc strukturlarının inkişafına yönəldilməlidir. O, hesab edir ki, vəsait müasir silah vasitələrinin alınmasına və radioelektron mübarizə, radar və dronların istehsalı üzrə zavodun tikintisinə xərclənəcək.(azvision.az)