Qadın 22 yaşlı gəlinini bıçaqladı – UCARDA

    3

    Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Ucar rayon, Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

    Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan gəlinin həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

    G.Rəhimovanın yaxınlarının “Report”a verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qaynanası Səidə Rəhimova bıçaqlayıb.

    Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.