Ərdoğanla Putin qərar verdi: Türkiyə sərhəddində yeni bölgə yaradılacaq!

    6

    Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü zamanı dünyanın siyasi gündəminə çevrilən qərar qəbul edilib. Prezident Ərdoğanı Soçidə qəbul edən Rusiya prezidenti Vladimir Putin xəritə üzərində Suriyada silahların susacağı bölgələri göstərib.

    Mətbuat konfransında kameraların qarşısına keçən iki lider ABŞ prezidenti Donald Tramın da yeni planı dəstəklədiyini bildiriblər.

    Ərdoğan və Putinin açıqlamaları bu gün ingilis qəzetlərinin səhifələrində yayılıb. İki liderin arasındakı buzların əridiyini bildirən “Deyli Teleqraf” qəzeti ələ keçirdiyi bir layihəni çap etdirib. Layihəyə görə, İdlib vilayətində, Humus şəhərinin şimalında, Şəqri Qutada və Suriyanın cənubunda təhlükəsiz bölgələr yaradılacaq. Türkiyə və Rusiyanın Suriyada eyni nöqtəyə gəldiyini vurğulayan qəzet, müxalifətçilərin bu planı mövcud olduğu şəkildə qəbul etmədiklərini də yazıb.

    “Tayms”: “Türkiyə, Rusiya və İran orduları birlikdə sahədə olacaqlar”

    “Tayms” qəzeti isə, Rusiyanın dörd rayondakı təhlükəsizliyi İraqn və Türkiyə orduları ilə birlikdə təmin eləməyi təklif elədiyini yazıb. Qəzetin yazdığına görə, müxalifətçilər bu planı qəbuledilməz hesab edirlər və bütün ölkə ərazisi boyunca atəşkəs tələb edirlər.

    “Finanşl Tayms”: “ABŞ Astanaya müşahidəçi göndərib”

    ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Putinlə təhlükəsiz regionlar barədə danışdığını bildirən “Finanşl Tayms” isə dünən Soçidə bununla bağlı çağırış ediləndən sonra Amerikanın XİN rəhbərinin müavini Styuart Consu müşahidəçi qismində Astanaya göndərdiyi xəbərini verib.

    Qəzet Rusiyanın son təkliflərinin ötən ayda Moskvaya səfər eləmiş ABŞ xarici işlər naziri Reks Tillersonun açıqladığı mövqe ilə üst-üstə düşdüyünü də diqqətə çatdırıb.

    Türk mətbuatı: “Soçidə yeni səhifə”

    Ərdoğan-Putin görüşü Türkiyənin də xəbər başlıqlarını bəzəyir. Qəzetlər “Atəşkəs danışığı”, “Xəritəli müzakirələr”, “İdlibdə atəşkəs razılaşması”, “Soçidə yeni səhifə” başlıqları ilə materiallar dərc ediblər. Rusiya prezidenti Putin mətbuat konfransında dörd nöqtədə silahların tamamilə susması ilə uçuşun qadağan elədiyi bölgələr planının da həyata keçirilə biləcəyini deyib.

    Kreml: “Ərazi bütövlüyünü təmin edəcək”

    Putinin mətbuat katibi Dmitri Peskov təhlükəsizlik sahələrinin ölkələrin ərazi bütövlüyünü təmin edə biləcəyini söyləyib. “Rossiya-1” televiziya kanalına müsahibə verən Peskov deyib: “Bu hələ başlanğıcdır, lakin mövzunun davam etməsini istəyənlər çox azdır. Bu addımlar Suriyanın ərazi bütövlüyünün qorunmasını təmin edər və ölkənin təsir dairələrinə bölünməsini qarşısını alar”.

    Hurriyyet.org