60-dək dünya tarixçisi Lənkərana toplaşacaq

    3

    Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Hurriyyet.org-a verdiyi xəbərə görə, beynəlxalq elmi konfransın açılışı 24 aprel saat 11:00-da olacaq.

    Konfransda dünyanın müxtəlif ölkələrindən (Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və onun subyektləri – Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan) 60-a yaxın, Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alimin 135 adda məruzəsi dinləniləcək.

    Tədbirin açılışı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

    Nigar, Hurriyyet.org