“Almalı” marketlər şəbəkəsinin rəhbərliyi haqda növbəti ŞOK FAKTLAR

    9

    Keçmiş direktor Rəfael Hacıyevin müəmmalı ölümünə səbəb nədir?

    “Almalı” marketlər şəbəkəsinin maliyyə saxtakarlıqları ilə bağlı Hurriyyet.org şikayətçi məktubları əsasında silsilə yazılar dərc edir. Bakı şəhərində anadan olan Elmar Səməd oğlu Həsənovun bu marketlər şəbəkəsi haqqında verdiyi heyrət doğuracaq məlumatların bir qismini oxucularımıza təqdim etmişdik.

    Xatırladaq ki,  özü haqda məlumat verən Elmar Həsənov Moskva Dövlət Universitetini (MQU)  bitirdikdən sonra bir müddət ÇİN-də işlədiyini, hazırda Rusiya vətəndaşı olduğunu və iri ÇİN şirkətlərindən birinin MDB dövlətləri və bir sıra Şərqi Avropa ölkələri üzrə nümayəndəliklərinin baş direktoru vəzifəsində çalışdığını bildirmişdi.

    O, redaksiyaya ünvanladığı məktubunun ikinci hissəsini göndərəcəyini vəd etsə də, nədənsə bir müddət ləngidi .

    Hurriyyet.org-un elektron poçtuna göndərdiyi  ikinci məktubunda ləngimənin səbəbini də izah edib.

    Onun növbəti müraciətini oxucularımıza təqdim edirik.

    Hurriyyet.org-a ünvanladığı məktubunda şikayət etdiyi tərəf haqda bəzi məlumatlar Azərbaycan mentalitetinə uyğun olmadığı üçün onları məxfi saxlamaq məcburiyyətindəyik. Eyni zamanda məsələni birtərəfli işıqlandıran qərəzli mətbu orqanı mövqeyində olmadığımızdan faktların hamısının açılmasını jurnalist etikasından kənar hesab edirik.

    II məktubun gecikmə  səbəbləri…

    “Hörmətli “Hürriyyət” qəzeti və Hurriyyet.org saytı və hörmətli oxucular!!!

    Bir müddət öncə müraciətimə əsasən “Almalı” marketlərin əsl simasını və hansı niyyətlə açılıb bağlanması ilə bağlı faktların I hissəsini dərc etmişdiniz. Bu məsələdə obyektiv mövqe tutaraq məqaləni dərc etdiyiniz üçün və  eyni zamanda qarşı tərəf üçün də “mövqelərini” ifadə etmək üçün şərait yaratdığınız üçün dərin təşəkkürümü bildirirəm. Lakin gördüyünüz kimi bu günə kimi qarşı tərəf heç bir tutarlı və əsaslı mövqe nümayiş etdirə bilməyib.

    Eyni zamanda ziyan çəkən tərəf kimi “Almalı”da gedən əsl proseləri araşdıraraq  II hissə kimi söz verib, lakin göndərmədiyim materiallar üçün qarşınızda hesabat verməyi özümə borc bilirəm!

    Fuad Axundov I yazıdan sonra “Almalı” problemini mətbuatsız çözmək istədi

    “ANONS:

    İlk növbədə onu qeyd etmək istərdim ki, I hissə dərc olunan kimi “Almalı” marketlərinin yiyəsi müəyyən kontaktlar yaradıb, mənə “Almalı” problemini mətbuatda ictimailəşdirməkdən vaz keçərək, öz aramızda sakitliklə məsələni həll etməyə dəvət elədi. Halbuki, sözügedən məsələnin ictimayiləşməsindən öncə mən şəxsən Fuad Axundova və xanımı Fərəh Axundovaya tərəfimdən araşdırılmış materialları göndərməklə bu məsələyə öz aramızda aydınlıq gətirmələrini istəmişdim. Lakin cavabında nə ilə rastlaşdığımı daha sonra yazımın ortalarında xüsusi qeyd edəcəm (faktlarla). 

    Keçmiş yaşayış ünvanıma naməlum adamlar göndərib ki…

    Beləliklə, mən II hissəni göndərməyi yubadaraq səbrlə qarşı tərəfdən xəbər gözləməyə başladım. Lakin “Almalı”nın yiyəsi Fuad Axundov vaxt uzadaraq rəhmətlik atamla və ailəmizlə firavan uşaqlıq dövrümüzün xatirəsi olan və “Almalı” yolunda qurban verilərək satılan 7-ci mikrarayondakı köhnə məhəlləmizə mülki geyimdə naməlum adamlar göndərmişdi. Qonşulardan yeni ünvanımızı öyrənməyə çalışmışdılar. Dəfələrlə onlara Bakı şəhərində olmadığımı və Bakıda tək anamla, bacılarımın olmasını qeyd etdiyim halda bu addımın atılması bu insanın əsl simasını büruzə verir.

    İnadırmağa çalışır ki, ona təzyiq “yuxarıların”   sifarişidir

    Eyni zamanda paralel olaraq I hissəni dərc edən sosial şəbəkələrə, ümumiyyətlə, atam Həsənov Səməd Həsənağa adlı insanın “Almalı”nın borclular siyahısında olmaması, hər hansısa sübut gətirəcəyimiz halda ziyanın qarşılaşacağı kimi kənarlaşdırıcı fikirlər irəli sürülürdü. Ən əsası isə sosial şəbəkələri “Almalı” məsələsini qərəzli, “yuxarıların” sifarişi olmaqla, ümumiyyətlə,  ailəmizin atamın və mənim qeyri–mövcudluğuna inandırmağa çalışıb.

    Görüşə qafqazlı qoçularını göndərdi

    Tərəfimdən hazırlanmış materialları isə anonim yazı kimi qiymətləndiribilər. İkili standartlarla hiyləgərliyə əl atan Fuad Axundov sonuncu dəfə Moskva şəhərində hər iki tərəfin vəkilləri ilə görüşün keçirilməsinə ilkin razılıq versə də, sonda görüşə şimalı qafqaz milliyətindən olan üç nəfər qeyri-adekvat olan qoçularını göndərmişdir.

    Kişi olmayan evə kişi göndərmək “kişi söhbətinə” yaraşmır…

    Beləliklə də Bakıdakı köhnə məhəlləmizə və Moskva şəhərində görüşə göndərdiyi adamları ilə Fuad Axundov qeyri-ənənəvi üsulla mübahisəli məsələləri həll etmək istədi. Cənab Axundov, Sizin bu hiyləniz baş tutmayacaq. Kişi olmayan evə kişi göndərmək və yaxud kişi söhbətinə qoçular göndərmək ən azından “kişi söhbətinə” yaraşmır. Belə olduğu halda qanun dilində Sizinlə danışmağı özümə şərəf duyuram!

    Akkuyudan cavaba nə deyəcəksiz?

    Hörmətli oxucular!!!

    Elmar Həsənov olaraq mənim “anonim şəxs” olmağım və bununla da sosial şəbəkələrə “təzyiq” göstərdən Fuad Axundova sual edirəm:

    Cənab Axundov, axı Elmar Həsənov ilk olaraq Sizə yazılı müraciət edib. Tutaq ki, Elmar səhv araşdırma aparıb və Sizdən öz haqqını əsassiz tələb edir. Hər bir normal insana məktub yazıb nə isə tələb etsələr, düşünürəm, normal hər kəs də ya cavab məktubu ilə və ya görüş təyin edib aydınlıq gətirməklə bu işə bir nöqtə qoyardı.

    Siz məni anonim kimi təqdim edirsiz. Bəs 21 may 2016-ci ildə işlədiyiniz Ankarada Akkuyu layihəsinə ünvanladığım müraciətə nə deyirsiz?

    (Qoşma: 1 Akkuyu)

    ““ Bundan sonra isə 23 may 2016-cı ildə Akkyudan müraciətin oxunulmasını təsdiqləyən  elektron poçtu necə inkar edəcəksiniz? (Qoşma: 2 Akkuyudan cavab).

    ““ 

    Mən yenə də öz növbəmdə səbr nümayiş etdirməklə ailənizin xanımına müraciət etdim. Müraciətimdə son dərəcədə etik qaydaları nəzərə almaqla xahiş etdim ki, ailəmizin başına gətirilən müsübətə bir aydınlıq gətirəsiz. Amma onun “cavabını” mətbuata çıxarmağı etik saymıram.

    “Fuad Axundov, bəstəkar qayınananız Sizi przezident etmək istəyir?”

    ““Ümumiyyətlə,  Fuad Axundov haqda acı həqiqət işıq üzü görən kimi, yeni nağıllar dolaşmağa başlanıb. İndi isə “Fuad Axundovun yüksək səviyyəli idarəçilik qabiliyyətini bilib adını batırırlar ”, “Real Prezident olmağa layiq savadlı kadrdı, ona görə sifarışdı” və ən məşhuru “Onun uğurlarına paxıllıq edirlər, anonimkalar yazırlar”. Bu kalamın müəllifi bəstəkar Sədaqət Arifqızıdır. Heç demə bəstəkar Sədaqət Arifqızı Fuad Axundovun dost doğmaca qaynanasıdır. Sədaqət xanım kürəkəni haqda yazılar dərc olunan kimi öz Facebook səhifəsində bu sitatla çıxış edib “Allah Mirzə İbrahimova rəhmət eləsin. Böyük dayaq filmi yəqin ki, yadınızdadı. Yastı Salman, Kələntər Lələş və lal Hüseyn oturub “anonimka” yazıb ev yıxırdılar və özləri öz yalanlarına inanırdılar. Təəssüf ki, indi də bu çirkin işlərlə məşğul olan insanlar var. Başqasının uğuruna yanıb şər böhtana əl atanlar. Yazıqlar olsun.” (Qoşma 3: Sədaqət Arif qızı)““ 

    “Bu da Sizin verdiyiniz tərbiyə!”

    Sədaqət xanımı başa düşmək olar, kürəkəni müdafiə etmək lazımdır. Lakin 11 noyabr 2016-cı il tarixdə http://news.milli.az/country/488518.html;   http://karabakhmedia.az/main/9319-azerbaycanin-taninmish-bestekarin-mahnilarini-kimler-ogurlayir-musahbe.html sizin bir məqaləniz dərc olunmuşdur “Tanınmış bəstəkar Sədaqət Arifqızının mahnılarını kimlər “oğurlayır“? İki üç dənə “ştampovka” 50 manatlıq mahnıya görə aləmi qatırsız bir-birinə, lakin əlimizlə gətirib Sizin “Almalı” mağazalarına verdiyimiz 100 000 manatlaıq malların pulunu yeyib, deyirsiz “bankrot” olduq. Ümumiyyətlə, araşdırma zamanı ziyan çəkmiş insanların arasında o qədər maraqlı insanlar var ki, sizlərin kimliyini onlar özləri ifşa edəcəklər!

    Hörmətli Sədaqət xanım, “anoimka” yazan adamın anasını Sizin qızınız küçə söyüşləri ilə təhqir edir. Demək, söyüşlə cavab yazmaq normaldır, lakin etik davranışla cavab vermək çətin. Mənim anam ərini itrdikdən sonra göz yaşları ilə üç övladını ev-eşik yiyəsi edib və tərbiyə verib. Bu da Sizin verdiyiniz tərbiyə! Mənim anamın ünvanına bu Sözləri deyən insanlar, evimə mən olmadığım halda (беспредельщик) göndərən insanlar, özünüzdən xəbəriniz varmı?

    “Sizin kimi valideynlərin “layiqli kürəkən” seçimi…”

    Belə olan halda Sizin kimi valideyinlərə “layiqli” övlad kimi dinimizdən, dilimizdən, milliyətimizdən və mənəviyyatımızdən köklü şəkildə seçilən, həm kişi paltarı, həm də qadın paltarı geyə bilən yeni kürəkən seçimi Sizə layiqli cavabdır.

    (Qoşma 4)

    ““ 

    “Almalı”nın direktoru Rafael Hacıyevin müəmmalı ölümü…

    “Almalı”nın direktoru Rafael Hacıyevı Ankaraya Akkuyu layihəsinə müşavir dəvət edərkən, onun günlərin bir günündə qəflətən ürək çatışmamazlığı ilə bu dünyadan köçməyi təsadüfdürmü? (Qoşma 5: Rafael Hacıyev- Ankara Akkuyu)

    “““…əməllərinizə hüquqi qiymət veriləcək”

    O ki qaldı yaxın keçmişdə Baş Prokurorluğa müraciət etməyimə və sonra bu məsələ ilə bağlı gedib izahat verməməyimə (danışığa dəvət etməyinizdən allandım), Sizi ümüdvar edirəm ki, yaxın gələcəkdə Bakıya dönər-dönməz rəsmi dövlət orqanlarının vasitəsi ilə Sizin mütəşəkkil formada əməllərinizə hüquqi qiymət verilməsi istiqamətində lazimi addımlar atacağam.

    Hörmətli “Hürriyyət” qəzeti, Hurriyyet.org saytı və oxucuları! Bu işdə təmənnasız dəstək verdiyiniz üçün Sizin kollektivinizə və rəhbərliyinizə təşəkkürümü bilidirirəm. Var olun. Eyni zamanda Moskva şəhərində Rosatom rəsmiləri və jurnalistlərlə keçiriləcək tədbir barədə geniş formatda məlumatları Sizə təqdim edəcəm”.

    Redaksiyadan: Qeyd edək ki, müəllif Elmar Həsənov bütün deyilən faktlarla bağlı Azərbaycan prezidenti İlham Əliyevə, Rusiyanın dövlət başçısı Vladimir Putinə və aidiyyatı orqanlara müraciət edib. Əlbəttə, biz şəxsiyyətinə tam olaraq bələd olmadığımız şikayətçinin redaksiyamıza ünvanladığı məktuba əsasən oxucularımızı bilgiləndiririk. Ümumilikdə isə, E.Həsənovun yazısında qeyd olunan faktların gerçək olduğunu iddia etmək fikrindən uzağıq. Çünki bu faktların öncə hüquq mühafizə orqanları tərəfindən araşdırılmasına ehtiyac var. O cümlədən, yazıda ittiham olunan şəxslərin mövqeyi ilə tanış olmadan, “Hürriyyət” olaraq, bütün faktların reallığı əks etdirdiyini deyə bilmərik. Bunun üçün, qarşı tərəfin də söz demək haqqının olduğunu bildirir və yazıda adları hallanan şəxslərin mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan edirik. 

    Hurriyyet.org

    ““ 

    ““““““