Müharibə qapıda: Şimali Koreyanın yüzlərlə topunun lüləsi ABŞ donanmasına tuşlandı

    6

    Bu mənzərələr sərhəddə çəkilib

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Şimali Koreya sərhəddinə yaxın təlimlərə başlamasından sonra ABŞ-a gözdağı vermək istəyən rəsmi Pxenyan yüzlərlə topçunu sərhədə yerləşdirərək öz gücünü nümayiş etdirib. Şimali Koreyanın nüvə başlığı daşıya bilən uzun mənzilli raketləri sınamasından sonra bölgədə yaranmış gərginlik, ABŞ-ın regiona hərbi qüvvələr toplaması ilə zirvə həddinə çatıb.

    Ötən günlərdə donanmasındakı ən inkişaf eləmiş təyyarə gəmisi “USS Karl Vinson”u və onun arxasındakı donanmanı, “USS Mişiqan” nüvə sualtı qayığını Şimali Koreya sərhədinə göndərən ABŞ müharibə ehtimalına qarşı hazırlıq görür.

    THAAD raketdən müdafiə sisteminin qurulması gərginliyi artırıb

    Cənubi Koreyanın şimal sərhədinə 200 km mənzilli THAAD raketdən müdafiə sistemini quraşdırmağa başlayan ABŞ regiondakı gərginliyi bir daha artırıb. Dünyanın ən inkişaf eləmiş raket sistemlərindən biri kimi göstərilən THAAD qurğusu Şimali Koreya ilə yanaşı, Çin və Rusiyada da narahatlıq doğurub.

    Strategiya mütəxəssisləri ABŞ-ın regiondakı gərginliyi çoa artırdığını bildirirlər. Birləşmiş Ştatlar isə regiondakı hərbi fəaliyyətini gücləndirməkdədir. ABŞ lideri Trampın da, Şimali Koreya lideri Kimin də təxmin edilməz ölçüdə nüvə gücünə sahib olmaları, narahatlığı artıran əsas səbəb kimi göstərilir.

    Bunlarla yanaşı, Rusiya da ABŞ-ı fəsadçılıq edərək, Şimali Koreyanı müharibəyə sürükləməkdə günahlandırır.

    Şimali Koreyadan güclü etiraz

    Ötən günlərdə ABŞ-a gücünü göstərmək üçün hərbi parad hazırlayaraq ixtiyarındakı müxtəlif növ hərbi texnikanı və raketləri sərgiləyən Şimali Koreya bu dəfə də yüzlərlə topçudan ibarət artilleriyasını sahil sərhədinə yerləşdirərək ABŞ donanmasına gücünü nümayiş etdirib.

    Hurriyyet.org