Keçmiş nazir akademiyanın müxbir üzvü seçildi

    6

    Misir Mərdanov AMEA Rəyasət Heyətinin qərarıyla üzv olub

    AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti və Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, professor Misir Mərdanov akademiyanın müxbir üzvü seçilib.

    Akademiyadan Hurriyyet.org-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən Riyaziyyat və Mexanika İnstitutu tərəfindən professor Misir Mərdanovun AMEA-nın müxbir üzvlüyünə nazimədliyi irəli sürülüb.

    Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında professor Misir Mərdanov riyaziyyat ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

    Nigar, Hurriyyet.org