Diyarbəkirin narkotik tarlalarının pulu ona axırmış! PKK-nın TAK şəhər şəbəkəsinin “komandiri” diri tutuldu

    3

    Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının şəhər şəbəkəsi olan TAK-ın separatçı kpmandiri “Doktor Aydın” kod adlı Hacı Türmak adlı terrorçu Şimali İraqda yaxalanıb.

    Son dövrdə aparılan əməliyyatlarda PKK terror təşkilatının rəhbərliyində və Türkiyə Dövlətinin qırmızı, boz, mavi siyahılarına düşmüş, başlarına böyük pullar qoyulmuş çox sayda terrorçu ölü halda ələ keçirilib.

    Terrorçular arasında diri tutulan da var. Bu terrorçu Ankara, İstanbul, İzmir, Qaziantep, Diyarbakır kimi böyük türk şəhərlərində həyata keçirilən qanlı terrorların təlimatını verən, PKK terror təşkilatının şəhər şəbəkəsi olan TAK-ın qondarma komandiri Hacı Türmakdır.
    Xüsusi təyinatlılar yaxalayıb

    Terrorçu ötən aylarda Şimali İraqda TSQ xüsusi təyinatlı qüvvələrinin xüsusi briqadasının Peşmərgə qüvvələri ilə əməkdaşlıq edərək həyata keçirdiyi ortaq əməliyyat nəticəsində ələ keçirilib.

    Şimali İraq Regional Kürd İdarəsi və Türkiyənin ortaq qərarı ilə terrorçunun Türkiyəyə gətirilmədiyi bildirilib. Peşmərgə qüvvələrinə aid həbsxanada xüsusi təhlükəsizlik tədbirləri altında həbsdə saxlanılan terrorçunun istintaqının Türkiyədən gedən xüsusi br komanda tərəfindən həyata keçirildiyi də bildirilir.

    Terrorçun təşkilatın şəhər şəbəkəsi ilə bağlı ən çox məlumatı olan təşkilat idarəçisi olub. “Doktor Aydın” və “Çiya Amed” kod adları altında gizlənən Hacı Türmak təşkilatın ən təhlükəli adamlarından sayılır. O, xüsusilə də şəhərdə həyata keçirilən hücumlar üçün Şimali İraqdan gələn terrorçuları və terror üçün partadıcıları təşkil edən, hücum planlarını hazırlayan rəhbər qrupun üzvüdür. 

    Daxili İşlər Nazirliyinə təqdim edilən hesabatda Diyarbakırda xüsusilə 12 kənddə becərilən narkotik tarlalarından əldə edilən gəlirlərin təşkilatın Şiamli İraqdakı düşərgələrinin ehtiyaclarının ödənilməsində istifadə edildiyi, bu gəlirlərin Hacı Türkmaka çatdırıldığı bildirilir. Hesabata görə,  Türmak bu gəlirlərlə, son 2 ildə 20-yə yaxın terror aktı həyata keçirib.