Elza bu dəfə erotik şeir yazdı: “Yorğun olanda mənimlə məzələn… Off çəkərəm…“

    6

    Hurriyyet.org xəbər verir ki, Elza Seyidcahan izləyicilərilə növbəti şeirini “Instagram“ sosial şəbəkəsində paylaşıb. Üstəlik, bu dəfəki şeir daha çox əyləncəli və erotik çalarlarla diqqət çəkir.
    Elza Seyidcahanın sosial şəbəkədə “Məzələn“ adı ilə paylaşdığı mətni təqdim edirik:

    Yorğun olanda mənimlə məzələn
    soy əynini, soy ruhunu təzələn.
    Ordan bura, burdan ora sərələn
    Mənə de ki, dağ qoynumda təpələn
    Ağuşumda körpələn,
    gəldiyin yollara güllər səpərəm.
    Saçlarınla dəniz kimi ləpələn
    de ki, mənə
    başdan ayağa səninçün qəzələm.

    Yaralanaram.
    De ki, de ki, nərə çəkərəm
    ay çəkərəm, ox çəkərəm,
    off çəkərəm, uff çəkərəm
    məzələnməsəm, təzələnmərəm
    Yer olmasa, vaxt olmasa,
    heç olmasa
    yorğun könlün xoş olmasa,
    demə mənə
    mən sevgimi kəsərəm.
    Bil ki, canım, mən ölərəm
    itərəm.
    Sevgi yoxsa, arxayın ol,
    gəl mənimlə məzəli-məzəli,
    Məsələn,
    təzələn.