Sabirabadda avtomobil yol kənarındakı piyadanı vurub

    6

    Sabirabadda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ulacalı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 23 yaşlı Səid Arzu oğlu Hüseynov yolun kənarı ilə gedərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada avtomobilin sürücüsü tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.