Lavrov və Tillerson arasında telefon danışığı – ATƏŞKƏS MÜZAKİRƏLƏRİ

    3

     

    Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

    Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

    Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

    “Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin  dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, məlumatda deyilir.

    Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər(apa).