İğdır Universitetinin rektoru AMEA Naxçıvan Bölməsində olub

    3

    Professor Mehmed Hakkı Alma isə son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayıb.

    Görüş zamanı iki qurum arasında əməkdaşlıq protokolunun imzalanması barədə razılıq əldə olunub.

    Mehmed Hakkı Alma, həmçinin bölmənin Nəbatat bağı ilə də yaxından tanış olub. Rektora burada nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bitkilərin qorunması irtiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra qonaq bağının ərazisindəki istilikxanada nümayiş etdirilən tropik, subtropik, ekvatorial və digər bitki növlər ilə tanış olub.

    Sonda türkiyəli qonağa III cilddə “Naxçıvan Tarixi”, “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, III cilddə “Naxçıvan folklor antologiyası”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “AMEA Naxçıvan Bölməsi haqqında” kitablar hədiyyə verilib.

    Hurriyyet.org