Qohumlarının evini talan edib, avtomobillərini yandıran şairə hökm oxundu

    6

     

    Hurriyyet.org xəbər verir ki, 2014 və 2016-cı illərdə Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.

    İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.

    Laçın rayon məhkəməsinin qərarı ilə  İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb.

    İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir./apa/