Azərbaycanda şahid məhkəmə zalında həbs edildi

    3

     

    O, dindirilən zaman hakimin suallarına kobud cavab verib. Bu zaman hakim R.Əliyev şahid N.Hüseynov barəsində məhkəməyə qarşı hörmətsizlik etdiyi üçün 48 saatlıq həbs cəzası verilməsi ilə bağlı qərar çıxarıb.
    Daha sonra məhkəməyə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları dəvət olunub. N.Hüseynov həbs edilərək polis bölməsinə aparılıb.
    Qeyd edək ki, təqsirləndirilən M.Qurbanov dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, küllü miqdarda törəldildikdə) maddəsi ittiham olunur. M.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilməyib.
    N.Hüseynovun adı isə cinayət işi üzrə şahid qismində keçir./report/