İŞİD “paytaxtı“nı Rəqqadan Deyr-ez-Zora köçürdü

    6

    İŞİD terror qruplaşmasının rəhbərliyi “paytaxt“ın Rəqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib.

    APA-nın xəbərinə görə, qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi ilə əlaqədar qəbul edilib.

    Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Rəqqa şəhərini tərk etməsini qeydə alıb.