Tramp da “soyqırımı” sözünü işlətmədi, amma…

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp da sələfi Barak Obama kimi 24 aprel çıxışı zamanı 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “Mets eqern” – ermənicə “Böyük fəlakət” adlandırıb, Amerikadakı erməni icmasının və ümumiyyətlə, dünya ermənilərinin dərdlərinə şərik olduğunu bildirib. Donald Tramp həm də erməniləri qüdrətli qədim sivilizasiyalardan birinin sahibi adlandırıb.

    Maraqlıdır, görən Tramp qədim qüdrətli sivilizasiya deyəndə şumerlərin, misirlilərin, yoxsa qədim romalıların, yaxud da yunanların erməni olduğunu nəzərdə tutur?

    Hurriyyet.org