Ayaqyoluna getdiyi üçün təyyarədən atdılar – Hava limanında daha bir qalmaqal

    6

    Hurriyyet.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, olay Atlanddan Miluokiyə uçan təyyarədə baş verib. Sərnişini Kima Hamilton eniş zolağında gözləyərkən ayaqyoluna getmək istəyib. Lakin təyyarə nəzarətçisi ona icazə verməyib. Bildirib ki, ayaqyoluna gedərsə, uçuşa gecikmə təhlükəsi yaranacaq.

    Kima Hamilton bu yasaqdan sonra 30 dəqiqə gözləyib. Amma təyyarənin qalxmadığını görüncə, ayaqyoluna tərəg yüyürüb. Qısa müddətdən sonra o, öz yerinə qayıdıb. Amma təyyarə kapitanı anona edərək sərnişinlərdən birinin yerə endirilməsini tələb edib. Hamilton ona yaxınlaşıb protokolu pozduğunu deyən nəzarətçiyə vəziyyəti anladıb. Buna rəğmən təyyarə ekipajı israrla ondan enməsini tələb edib. Digər sərnişinlərin də ona dəstək verməsinə baxmayaraq, nəzarətçilər Hamiltonu zorla təyyarədən endiriblər.

    Xatırladaq ki, bir neçə həftə bundan əvvəl başqa bir Amerika təyyarə şirkəti ekipaj üzvlərindən birinə yer çatmadığı üçün sərnişinlərdən birini təyyarədən endirmişdi.

    Altunay, Hurriyyet.org

    ““