Bakıda öldüyü deyilən bəylə bağlı açıqlama –YENİLƏNİB

    3

    Fövqəladə Hallar Nazirliyi bu gün paytaxtda liftin qırılması nəticəsində yaşanan hadisə ilə bağlı rəsmi məlumat yayıb.

    Hurriyyet.org FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

    Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.