Rusiyadan Türkiyəyə sərt açıqlama – BAZAR NARAZILIĞI

    6

    Dvorkoviç Krasnoyarsk İqtisadi Forumu zamanı jurnalistlərə verdiyi açıqlamada deyib: “Taxıl məhsulları üzərinə qoyulan məhdudiyyətləri qaldırmaq məsələsi bizim üçün qeyd-şərtsiz əhəmiyyət kəsb edir. Bu məhdudiyyət götürülməsikdə, bizim tərəfimizdən heç bir addım atılmayacaq. Taxıl qadağanı götürülməsə, biz də sanksiyaları götürə bilmərik. Əgər taxıla icazə verilərsə, o təqdirdə bizim də razılaşmağa hazır olduğumuz məqamlar olacaq”.

    Türkiyə hökuməti martın 15-dən etibarən buğda başda olmaqla, bəzi taxıl məhsullarının tədarükü qaydalarını dəyişərək, Rusiyanı vergisiz tədarük eləmək hüququna malik ölkələr siyahısından çıxarıb.

    Hurriyyet.org