Beynəlxalq Yer Günü qeyd edilib – FOTO

    6

    BŞTİ-dən Hurriyet.org-a daxil olan məlumata görə, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

    Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri ekoloji mövzuda daha çox məlumatlandırmaq və dünyanı, Yer kürəsini qorumağın vacibliyini məktəblilərə aşılamaqdan ibarət olub.

    Tədbirlərdə çıxış edənlər ətraf mühitin mühafizəsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb, ölkəmizin müasir ekoloji durumu, ekoloji problemləri yaradan səbəblər və bu problemlərin aradan qaldırılma yolları haqqında şagirdlərə geniş məlumat veriblər. Bundan başqa, ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolundan söhbət açılıb, ictimaiyyətin bu sahədə fəal iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

    Qeyd olunub ki, Beynəlxalq Yer Günü hazırkı dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd edilir. Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.

    Tədbirlərdə şagirdlər Beynəlxalq Yer Gününə həsr olunmuş şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar da nümayiş etdiriblər.

    Həmçinin, təhsil müəssisələrində Beynəlxalq Yer Günü münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.

    Nigar, Hurriyyet.org

    ““ ““