Ermənilərin Qarabağdan oğurlayıb ABŞ-da satdıqları xalça Bakıda- FOTOLAR

    3

    Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.

    Hurriyyet.org xəbər verir ki, xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya – “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.

    Virtual hərracda “Antik Ermənistan – Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə “Anasından yadigar ad günü hədiyyəsi” sözləri var.

    Xalça Xalça Muzeyinə təqdim olunub və burada “Sahibini gözləyən Qarabağ – Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.

    Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb.

    “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub./apa/

    “ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin“ermenilerin