DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”

    6

    Bir neçə gün əvvəl iqtisadçı yenidən İ.Məmmədova mesaj yazaraq, pulunu tələb edib. Millət vəkili isə onun mesajına cavab olaraq, “sən kimsən ki, mənə mesaj yazmısan” deyib və iqtisadçını söyüb.

    Qulu İbrahimli baş verənlər haqqında özünün facebook səhifəsində bunları yazıb: “Deputat İqbal Məmmədov söyüş söydü, mən də beşqatını özünə qaytardım. Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb profil şəkli edərəm.

    Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur. Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya güc göstərir. Borcunu ödəməməklə nəyin prinsipini apardığını bilirəm.

    Sən deputatlığına arxayın olub “var-yox” söyüşü edərsən, mən də sənin “var-yox”unu düzərəm qabağına, hələ beşqat artığıyla.

    Mən deputat İqbal Məmmədovdan qorxsam, məndən əclafı yoxdur. Xaricdədir, deyir gəlib guya mənim payımı verəcək. Gözləyirəm. Hesab edirəm ki, ölkədə 10 güclü kişi varsa, onun ikisi mənim oğlanlarımdır. Onların ruzisini mənimsəmək istəyənin ağzının payın verərəm. Kimliyindən asılı olmayaraq.

    Mesaj yazdım deputat İqbal Məmmədova ki, xaricdən qayıtdığı günü, vaxtı öyrənib, aeroporta gedəcəyəm, görüm dediyi söyüşlərin arxasında dura biləcək? Olmasa, Milli Məclisə gedəcəyəm. Gör bir, hansı həddə qədər qudurub. Elə mənim kimi biri qabaqlarına çıxıb dərs verməlidir.”