Rəşid Behbudovun xanımı valideynlərinin yanında dəfn olundu

    9

    Xəbər verdiyimiz kimi, xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.

    Hazırda mərhumə Yasamal qəbristanlığında torpağa tapşırılır.

    Bu haqda Hurriyyet.org-a Behbudovlar ailəsinin kürəkəni Kamil Şahverdi məlumat verib.

    Onun sözlərinə görə, Ceyran xanım artıq xeyli vaxt idi ki, səhhətindəki problemlərdən əziyyət çəkirdi: “Yayda infarkt keçirmişdi, daha sonra ciyərlərində pnevmoniya yarandı. Müalicə alırdı. Dünən gecə isə dünyasını dəyişdi”.

    K.Şahverdi onu da bildirdi ki, Ceyran xanım Yasamaldakı el qəbristanlığında valideynlərinin yanında torpağa tapşırılır.

    Ceyran Behbudovanın 83 yaşı vardı.

    Allah rəhmət eləsin!

    Altunay, Hurriyyet.org