Korkodinov: “Suriya münaqişəsi hələ çox uzanacaq”

    12

    Hurriyyet.org xəbər verir ki, rusiyalı politoloq Denis Korkodinov bu barədə öz bloqunda yazıb. Sözügedən yazının tərcüməsini təqdim edirik:

    Suriya tamaşası”nın hazırkı inkişaf şəraitində bütün iştirakçılar arasındakı konfliktin baş çatmaqda olduğunu byan eləmək hələ tezdir. Vaşinqton özünün Suriyadakı hərbi varlığını artırıb. Eyni zamanda, o da aşkardır ki, Donald Tramp – İŞİD-ə qarşı mübarizə meydanından çox, İran və Rusiya təsirlərinin neytrallaşdırılması üçün loqistik mərkəzə çevirmək istədiyi SƏR-də – təklikdə Amerika maraqlarını təmin edə bilməyəcək.

    Ağ Ev bu siyasəti reallaşdırmaq üçün Suriya hərbi əməliyyatlar teatrında çıxış edən xarici qüvvələrə yanaşmasını müəyyənləşdirməkdə olduqca maraqlıdır. Seçki kampaniyası dövründə D.Tramp bu istiqamətdə Rusiya ilə əməkdaşlıq eləmək niyyətində idi. Lakin Amerika diplomatiyasının həlledici rolu yenə də İran və Türkiyənin mövqeyindən asılı olacaqdır.

    Vəziyyəti mürəkkəbləşdirən amil isə bu iki fiqurun hədəflərinin diametral əks qütblərdə yerləşməsidir, buna görə də, dövlətlərarası münasibətlərdəki sabitliyə kölgə salmamaq üçün Vaşinqton onlarla münasibətlərini ehmallıqla modelləşdirməlidir.

    Tehran Suriyadakı hərbi varlığını İŞİD ilə mübarizə adı altında doğrultmağa çalışır. Ən azı, dövlətin bütün rəsmi açıqlamaları məhz bu prinsipə əsaslanır və bu məsələ milli təhlükəsizliyin təmin edilməsi ilə əlaqələndirlir. Lakin əslində, işlərin real vəziyyəti heç də həmişə deklamasiya edilən hədəflərə uyğun gəlmir. Belə ki, İran özünün sırf İŞİD-ə qarşı mübarizə apardığını israr eləsə də, çox vaxt Livanla İsrail sərhədlərinin yaxınlığında yerləşən və İŞİD-lə heç bir əlaqəsi olmayan müxalifətçi qüvvələrə qarşı çıxış edir.

    Ayətullah rejimi bunun üçün müəyyən qruplaşmaları bir-birinə qarşı qoymağa çalışır ki, özü üçün mühüm üstünlüklərə nail ola bilsin. Müxalifətə təzyiqin əsas aləti isə əvvəlki kimi İran investisiyalarıdır. Suriyada böhranın davam eləməsi üçün qoyulan İran sərmayəsi Xomenei rejimi üçün, Bəşər Əsədə kömək eləməkdən və İŞİD ilə mübarizə aparmaqdan daha vacibdir.

    Vətəndaş müharibəsi başlanana qədər Ərdoğanla Əsədin Aralıq dənizi sahillərində birlikdə istirahət eləmələrinə baxmayaraq, Ankaranın da Suriya rejimi ilə münasibətləri heç vaxt yaxşı olmayıb.

    Münasibətlərdəki böhranı dərinləşdirən əsas amil indii Suriya liderinin atası Hafiz Əsədin öz ərazisində PKK üzvlərinə sığınacaq verməsi oldu. Bundan sonra Rəcəb Ərdoğan Əsəd rejiminin aşkar əleyhdarına çevrildi.

    Türk liderinin Suriyanın sünni əhalisinin birləşməsinə və türk şirkətləri üçün böyük müqavilələrin əldə edilməsinə marağı nəzərə alınsa, bəlkə də, Ankara ilə Dəməşq arasındakı konflikti ilkin mərhələdə həll eləmək olardı, lakin vətəndaş müharibəsi bütün kartları bağladı.

    İndi artıq barışıq mümkün deyil, çünki Bəşər ƏSəd beynəlxalq münasibətlərdə razılaşma əldə edilməsi

    mümkün olmayan şəxsə çevrildi, bu da Ankranın onunla konstruktiv dialoq qurmasına imkan vermir.

    Türkiyə, İran və Rusiya arasında ittifaq barədə rəsmi açıqlamalara rəğmən, onlar arasındakı münasibət idealdan çox uzaqdır.

    2016-cı ilin iyulunda, Ankara Moskvanı öz tərəfdaşı elan edəndə, müəyyən güzəştlərə belə bağlayırdı. Bu, ilk növbədə kürd təhlükəsini birgə neytrallaşdırmaq idi. Lakin, Kreml kürdlərlə münasibətlərini kəsmədi, bununla da Türkiyənin mövqeyinə qarşı gedərək, Ərdoğanın mövqeyini zəiflətdi.

    Belə bir vəziyyətdə, yaxın gələcəkdə Rusiya, ABŞ, İran və Türkiyənin Suriya münaqişəsinin nizamlanmasına müştərək siyasət yürüdəcəklərinə ümid eləmək mümkün deyil.

    Suriya məsələsinin ümumiyyətlə necə həll ediləcəyi barədə təsəvvürü olmayan “beynəlxalq konsorsium”un bütün tərəfləri arasındakı fikir ayrığı göz qabağındadır.

    Tərcümə Hurriyyet.org-undur