Amerika təşvişdə! – “Çində fövqəladə səfərbərlik müşahidə edirik”

    3

    Hurriyyet.org xəbər verir ki, “Röyters” agentliyinə müsahibə verən Amerika mənbələri Çinə məxsus qırıcı təyyarələrdən fövqəladə səfərbərlik müşahidə edildiyini, lakin bu vəziyyətin səbəbinin nə olduğunu dəqiq bilmədiklərini, bu məsələ ilə bağlı müxtəlif ehtimalların mövcud olduğunu bildiriblər.

    Mənbələr mövcud vəziyyətin narahatçılıq üçün səbəb olmadığını söyləsələr də, bu səfərbərliyin nədən irəli gəldiyi barədə qəti fikir sahibi olmadıqları üçün sual acıq qalıb.

    Səbəb bilinmir!

    Hərbi həyəcan vəziyyətinə keçilməsinin lazım olmadığı mesajını verən məsul şəxslər Çin təyyarələrinin səfərbərliyinin səbəbi ilə bağlı qəti fikir bildirməyiblər. Ehtimallar arasında müdafiə təlimi və Koreya yarımadasındakı gərginlik də var.

    Şimali Koreyanın yeni bir nevə sınağı keçirməsi gözləndiyi bir dövrdə, regiondakı gərginliyin müharibəyə çevrilməsi qorxusu var.

    Trampın açıqlamasından sonra…

    Amerikalı mənbələrin “Röyters” agentliyinə verdiyi açıqlamalar ABŞ prezidenti Donald Trampın regionda “bəzi fövqəladə əməliyyatlar” barədə dediklərindən sonra verilib.

    Hurriyyet.org