Aİ komissarı Yohannes Xandan gözlənilməz Türkiyə açıqlaması – qəfil dönüş

    3

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının qurumun üzvlüyünə qoşulmaq istəyən ölkələrlə əlaqə üzrə komissarı Yohannes Xan Avropa İttifaqı hökumətlərini, prezident Təyyub Ərdoğanın səlahiyyətlərini artıran referendumdan sonra Türkiyə ilə münasibətləri dəyişdirməyə çağırıb.

    Avropa İttifaqına daxil olmaq istəyən dövlətlərlə münasibətlər üzrə məsul olan Hahn, cümə günü Maltada görüşəcək Aİ xarici işlər nazirlərini Türkiyə ilə münasibətlərdə qarşılıqlı problemləri həll etmək istiqamətinə yönəlmiş,  əməkdaşlığı təmin edə biləcək yeni bir formatı qiymətləndirməyə çağırıb.

    “Hazırkı vəziyyəti davam etdirmək mümkün deyil”, – deyə “Röyters” agentliyi Xanın sözlərindən sitat gətirib.

    Aİ üzvü olan bəzi ölkələr, edilmiş təhdidlərdən sonra, Türkiyənin br il əvvəl imzalanan və Yunanıstana gələrək Almaniyaya keçən köçkün sayını azaldan anlaşmanı ləğv edəcəyindən qorxur. Lakin bir çox Avropa İttifaqı hökumətləri də Ankaranın qaçqınlar məsələsində maliyyə yardımı da daxil olmaqla, əməkdaşlığını dayandırmaması üçün müxtəlif səbəblərinin olduğuna inanırlar.

    Xan Türkiyədəki Konstitutsiya dəyişikliklərinin “Türkiyə demokratiyası üçün təhlükəli bir geriyə addım” olduğunu söyləyən Avropa Şurasının da narahatçılığına şərik olduğunu bildirib. Lakin Xan Avropa İttifaqının Türkiyə ilə İttifaqa üzvlükdən savayı, digər sahələrdə də əməkdaşlığı artıqmaq məsələsini dəyərləndirə biləcəyini söyləyib.

    Komissiya Ankara ilə Gömrük İttifaqı Müqaviləsini gündəliyə salmaq üzərində də düşünür.

    Hurriyyet.org