Tramp: “İndi müharibə olsun? Milyonlarla insan ölsün?”

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramını dayandırmayacağı təqdirdə bu ölkəyə hərbi müdaxilə ehtimalını istisna eləməyib. Tramp bununla yanaşı, Şimali Koreyaya qarşı böyük müharibə başlana biləcəyi və bu zaman milyonlarla insanın ölə biləcəyi barədə xəbərdarlıq da edib.

    Amerikanın CBS televiziyasına verdiyi müsahibədə prezidentliyinin ilk 100 gününü qiymətləndirən Tramp Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsinin ölkəni “çox da xoşbəxt etməyəcəyini” bildirib. Jurnalistin “Bu sözlər hərbi müdaxilə mənasını verir” sualına Tramp: “Bilmirəm, görəcəyik”, – deyə cavab verib.

    Müsahibə əsnasında Trampa seçki kampaniyasında olduğu kimi, indi də Çini “valyuta manipulyatoru” hesab eləyib-eləmədiyi barədə də sual verildi. Tramp cavabında: “Mən seçildikdən sonra bu işdən əl çəkdilər”, – deyib. Çin prezidenti Si Tsinpinin Şimali Koreya problemini beynəlxalq səviyyədə həll eləmək cəhdlərini qiymətləndirən Tramp həm də Çin ilə əməkdaşlığı mühüm hesab elədiyini və bu əməkaşlığı təhlükəyə atmaq istəmədiyini bildirib: “Şimali Koreya bəlkə də ticarətdən də mühüm məsələdir. Əlbəttə, ticarət mühümdür. Lakin böyük bir müharibədə bəlkə də

    milyonlarla insan ölsünmü? Belə vəziyyət ticarəti kölgədə qoyur”.

    Tramp Şimali Koreyanı cilovlamaq cəhdlərini “bir şahmat müsabiqəsinə” bənzədib. Çinin Şimali Koreyanı nüvə silahı sahibi olmaq arzusundan vaz keçməyə dilə tutacağını umduğunu deyib.

    Tramp: “Kim Çen In çox ayıq adamdır”

    ABŞ prezidenti Donald Tramp CBS televiziyasına verdiyi müsahibədə Şimali Koreya lideri Kim Çen Inı “çox ayıq adam” deyə səciyyələndirib. Tramp Kim Çen Inın ölkəsini çox gənc yaşlarında idarə eləməyə başladığına diqqət yetirib, eyni zamanda Şimali Koreyanın indi tutuduğu yoldan mütləq çəkindirilməsinin lazım olduğunu vurğulayıb.

    Şimali Koreya şənbə günü səhər son həftə içərisində ikinci dəfə uğursuz raket sınağı keçirmişdi. ABŞ ordusunun Sakit okean komandanlığının mətbuat katibi Deyv Benham raketin Şimali Koreyanın sərhədini keçə bilmədiyini söyləmişdi.

    Bundan əvvəl isə Şimali Koreya ordusu özünün 85 illik yubileyi tədbirləri çərçivəsində uzun mənzilli top atəşi açmışdı. ABŞ-ın regiona göndərdiyi “USS Miçiqan” sialtı qayığı isə Şimali Koreyanın cənub-şərqindəki Busan Limanına lövbər atmışdı.

    Hurriyyet.org