FTB-İŞİD əlaqəsi evliliklə nəticələndi: CNN açıqladı, üzünü göstərmədilər – ABŞ-ın “kürəkəni” əlində kəsik insan başı tutubmuş

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosunun agenti, təşkilatın ən gizli sirrlərindən xəbərdar olan tərcüməçi Daniela Qrin keçmişdə rep müğənnisi olan İŞİD terrorçusu ilə evlənib, lakin bunu FTB-dən gizlədib. CNN televiziyasının məlumatına görə, bir FTB agentinin terror təşkilatının tərəfinə keçməsi milli təhlükəsizlik orqanları üçün biabırçılıq olduğundan Qrinin hekayəsi indiyə qədər gizli saxlanılıbış. Daniela Qrip hara getmək niyyətində olduğu barədə rəhbərliyə yalan danışıb və təhqiqat barədə əri Denis Kaspertə xəbərdarlıq edib. Qrinlə Kaspert 2014-cü ildə evlənsələr də, KİV bundan yalnız indi xəbər tutub. Telekanalın məlumatına görə, Qrin bir neçə həftə sonra ABŞ-a qayıdaraq, dəhşətli səhvə yol verdiyini etiraf edib və həbs olunub. O, hakimiyyətlə əməkdaşlıq eləməyə razılıq verib. Ona iki illik həbs cəzası veriblər. Ötən ilin yayında cəza müddəi birən Qrin azadlığa buraxılıb.

    2015-ci ilin oktyabrında CNN telekanalı 39 yaşlı Kasperin Amerika aviasiyasının Suriyaya zərbələri zamanı zərərsizləşdiyini bildirmişdi. Bundan əvvəl ABŞ Dövlət Departamenti Kaspeti xüsusi təhlükəli beynəlxalq terrorçular siyahısına salmışdı. İdarənin məlumatına görə, Almaniyadan olan keçmiş repçi İŞİD-ə 2012-ci ildən qoşulub, adi terrorçi yox, qruplaşmanın təbliğatçısı və dəstəbaşı olub. Denis Kaspert internet vasitəsi ilə terror təşkilatına yaraqlı cəlb edirmiş və hər iki qitənin təhlükəsizlik xidmətlərinin hədəfində imiş. O, dəfələrlə İŞİD-in videoroliklərinə çəkilib, bir dəfə isə əlində kəsik insan başı kadrda görünüb.

    Deso Doqq adı ilə tanınan repçi terrorçu Suriyada Əbu Talha Əl Almani adını almışdı. “Əl-Qaidə” lideri Üsamə Bin Ladinə məhdiyyələr oxuyan və keçmiş ABŞ prezidenti Barak Obamanı təhdid edən videosu olan Kaspert həmin videoda əlində yenicə kəsilmiş insan başı tutmuşdu.

    CNN-ə rəsmi açıqlama verən FTB Qrin prosesinin gizli xidmətin zəif nöqtələrini azaltdığını bildirib.

    Con Kirbi isə bunu “FTB üçün xəcalət” adlandırıb.

    ““CNN-in xəbərində o da deyilir ki, bir agentin terror təşkilatının tərəfinə keçdiyi və milli təhlükəsizlik üçün xəsalət damğası olan Qrinin hekayəsi indiyə qədər açıqlanmamışdı. Məhkəməni aparan hakimin həmin münasibətləri aşkarlaması ilə qalmaqal mətbuata düşüb.

    Mətbuatda verilən fotolarda artıq cəza müddətini çəkmiş keçmiş FTB işçisinin, Daniela Qrinin üzü göstərilmir.

    Xatırladaq ki, ABŞ-İŞİD əlaqələri vaxtaşısı üzə çıxmaqdadır. Ötən ilin sentyabrında ABŞ-ın ən bahalı ali təhsil müəssisəsi olan paytaxt Corc Vaşinqton universiteti “Əl-Qaidə” terror təşkilatının keçmiş üzvü, terrorçuların sıralarına üzvlər cəlb etməklə məşğul olmuş Cessi Mortona universitetin milli təhlükəsizlik üzrə ekspert vəzifəsini vermişdi.
    Universitetin kiber və milli təhlükəsizlik üzrə Mərkəzinin ekstemizmin araşdırılması üzrə proqramının direktor müavini Simus Hyus bildirib ki, keçmiş radikal terrorçuluğa qarşı mübarizə üçün unikal proqram tədris edəcək. Əvvəllər Yunus Abdullah Məhəmməd adı ilə tanınan Cessi Morton tələbələri radikallıq yoluna qədəm qoyanlarla necə davranmağı öyrədəcək.
    Morton işə qəbul edilməzdən əvvəl FTB-də müsahibədən keçib. Universitetdəkilər yeni əməkdaşa tam etibar etdiklərini bildiriblər.
    Qeyd edək ki, Corc Vaşinqton Universiteti özəl araşdırma universitetidir, ABŞ-ın paytaxtında yerləşir. Universitetdə bir il müddətində yalnız təhsil almaq (yəni, yataqxana və qidalanma xərcləri hesaba alınmazsa) 40 min dollara yaxındır ki, buna görə də o, Birləşmiş Ştatların ən bahalı ali təhsil müəssisəsi hesab edilir.
    Bir məsələ şübhə doğurur: Yunus Abdullah Məhəmməd indi Cessi Martinə çevrilib, yoxsa elə əvvəldən amerikalı imiş? Çünki belə sanballı universitetdə müəllim işləmək üçün mükəmməl savada malik olmaq lazımdır. Bu cür savada malik olan şəxs isə din haqqında olduqca bəsit, qaba təsəvvürə malik olan həqiqi radikal ola bilməzdi. Belə faktlar ABŞ-ın, islama terror ləkəsi vurmaq üçün elmi laboratoriyalarda dini mutasiya layihələri yaratdığı barədə şübhə dumanını daha da qatılaşdırır. Xüsusilə də onun terrorçuların sıralarını sıxlaşdırmaq üçün gəncləri yoldan çıxaran mütəxəssis olması da bu fikri əsaslandırır – adətən, radikalları bu yola çəkənlər hipnoz dərəcəsində ideoloji təlqin qabiliyyətinə malik olan peşəkarlar olurlar.

    Hurriyyet.org