Plastik yeyən canlı kəşf olunub

    6

    İspaniyanın elm adamları plastic məhsulları yeyən sürfə kəşf edib. İspaniya Biomedicine və Biotexnoloji İnstitutunda çalışan İtalyan bioloq və arıcı Federica Bertocchini dünyanın ən əhəmiyyətli problemlərindən birinə çözüm olacaq bir kəşf reallaşdırıb.

    Hurriyyet.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, alim pətək güvələrinin (Galleria mellonella) plastiklə qidalandığını aşkarlayıb.

    Dünyanın gələcəyi üçün təhlükə olan plastiklərin təbiətdə geri dönüşünün uzun illər alması, bunun ətraf üçün böyük sorun yaratdığı bir vaxtda belə bir kəşfin ortaya çıxması elm üçün böyük nailiyyətdir. Çünki bu, kəşflə böyük bir problemı aradan qaldırmaq mümkün olacaq.

    Mütəxəssis arı pətəklərini gəmirərək bəslənən güvə sürfələrinı tədqiq edərkən onların plastık tullantılarla qidalanmasını da təcrübədən keçirib.

    Qeyd edək ki, hər il dünyada 80 milyon ton polietilen istehsal olunur ki, o da ətraf mühiti ən çox çirkləndirən plastic tullantılar yardır.

    Pətək güvəsi sürfələrinin plastiki, bal pətəklərini həzm üçün istifadə etdiyi eyni fermentlərlə parçaladığını vurğulayan İtalyan elm adamı bu fermentə aid genlərin E.coli (koli basili) kimi bakteriyalara və ya su altı bitki planktonlarına köçürülərək okeanlarda, axar sularda bərk tullantıların təbii yolla emal edilməsinə imkan verəcəyini bildirib.

    Hurrriyyet.org

    ““ ““ 
     ““ ““ ““