“İnternetə basqılar yalnız avtoritar ölkələrdə var” – Rövşən AĞAYEV

    6

    “İnternet portalları bloklamak, internetə çıxışa əngəllər yaratmaq ölkəmizin nə bü günü, nə də gələcəyi üçün faydalıdır. İnternetə basqılar yalnız avtoritar ölkələrdə var, heç bir inkişaf etmiş ölkədə belə təcrübə yoxdu”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadşı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb.

    “İctimai mənafe baxımından internet, sosial şəbəkələrin faydası inanılmaz dərəcədə böyükdür”

    “Şəxsi mənada, (xüsusən uşaqların sağlamlığı, insanların faydalı vaxtının çox hissəsini internetdə keçirmək və s.) bəlkə də internetin zərərlərini müzakirə etmək olar. Amma ictimai mənafe baxımından internet, sosial şəbəkələrin faydası inanılmaz dərəcədə böyükdür. Müasir dünyada hətta vəziyyət o dərəcəyə gəlib ki, internet olmazsa, nə inkişaf etmiş iqtisadiyyat olar, nə də keyfiyyətli təhsil” – deyə iqtisadçı yazıb.

    Ağayev sual edir ki, bu gün internetlə, müasir texnologiyalarla mübarizə aparmaqla 19-cu əsrdə dəmir yol çəkilişinə, mətbəələrin və məktəblərin açılmasına, sənaye fabriklərinin tikintisinə müqavimət göstərmək arasında fərq varmı: “Mənim düşüncəmə görə, yoxdu. Hər iki halda, dövrünün yeni texnologiyalarına qarşı sərt təpkilərdən, dözümsüzlükdən söhbət gedir. Robinson və Acemoğlunun “Millətlərin çöküşü“ əsərindən bununla bağlı 2 ibrətamiz fakt.

    Avropanın ən nəhəng imperiyalarından olan Habsburq (müxtəlif tarixlərdə Avstriya və Avstriya-Macarıstan imperatorluğu) imperatoru 1-ci Frans uzun illər ölkəyə sənaye avadanlıqlarının idxalına, fabriklərin tikintisinə qadağa qoydu. Onun hədəfi yalnız aqrar istehsala dayanan bir ölkəni qorumaq idi. Səbəb sənayeləşmənin yoxsul və öz haqları uğrunda bir araya gələn fəhlələrin inqilab yaradacağı qorxusu idi.

    1-ci Fransın qadağa qoyduğu yenliklərdən biri dəmir yolu idi. Çıxışlarının birində demişdi ki, inqilabı ölkəyə daşıyacaq bu maşınlarla başıma problem açacaq deyiləm. Onun dövründə inşa edilən qısa bir dəmir yol xəttini isə elə qurdular ki, həmin qısa məsafədə vaqonları buxar maşınları yox, atlar dartıb aparırdı”.

    Şamo, Hurriyyet.org