Fransalı erməni redaktor: “Makron bizə bəzi vədlər verib”

    6

    Hurriyyet.org xəbər verir ki, “Lragir.am” saytında Fransada dərc edilən “Nor Yaradc” erməni qəzetinin baş redaktoru Jirar Çolakeanla müsahibə dərc edilib. Müsahibədən bir parçanı diqqətinizə çatdırırıq:

    – Cənab Çolakean, Fransadakı erməni icması prezident seçkilərinin birinci mərhələsinin nəticələrini necə qiymətləndirir? Çoxları deyirlər ki, ikinci mərhələdə ermənilər Emmanuel Makronu dəstəkləyəcəklər. Niyə?

    – Erməni icmasının qiymətləndirməsi barədə heç nə deyə bilmərəm, amma deməliyəm ki, aprelin 24-də Emmanel Sakron Kanada bağçasında Komitasın abidəsini ziyarət edib, qarşısına gül qoyub və “soyqırımı qurbanlarını” yad edib.

    Namizədlərin ikisi arasında ermənilər üçün Makron daha üstün görünür, amma hər bir seçici öz seçimində azaddır. Bundan başqa, bizim hansısa namizədlərin üstünlüyük dərəcəsini öyrənmək üçün tədqiqatlarla məşğul olan mərkəzlərimiz yoxdur. İstənilən halda, proqramlara əsasən demək olar ki, Marin Le Pen daha konservativdir və sağ radikal baxışlara malikdir. Bu, onun mühacirlərə münasibətinə də aiddir, ermənilərin əksəriyyəti isə – mühacirlərin nəsillərindəndir. Bu isə, müəyyən dərəcədə Le Pendən uzaqlaşmaya səbəb olur. Lakin erməni

    mühitində də mühacirlərə qarşı ovqatda olanlar da az deyil və beləliklə, Le Penin də tərəfdarları ola bilər.

    Emmanuel Makrona gəlincə, o, ermənilərə bir neçə mühüm vəd verib. Bu vədlərə erməni mərkəzlərinin yaradılmasını dəstəkləmək də daxildir.

    Hazırda Makronu erməni problemləri ilə tanış eləmək və yeni plan hazırlamaq üçün erməni təşkilatlarının koordinasiya Komitəsinin Makronla ilk görüşləri keçirilir.

    Hurriyyet.org