Mirvari Qəhrəmanlı millət vəkillərinə səsləndi: “Bəlkə vaxt tapıb diqqətinizi ölkədəki qaz itkisinə yönəldəsiniz?!”

    6

    “Hörmətli millət vəkilləri! Bəlkə vaxt tapıb diqqətinizi ölkədə olan qaz itkisinə yönəldəsiniz?!”

    Hurriyyet.org xəbər verir ki, bu müraciəti Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhifəsindən edib. O, bildirib ki, Regional Qaz İstismarı İdarələrinin xidməti ərazilərində əhali qaz xətləri üzrə “Azəriqaz” İB-nin qəbul məntəqələrində iri həcmli təbii qaz itkiləri müşahidə edilməkdədir: “Məsələn, yalnız Şəmkir RQİİ -də 15.03-15.04 (bir ay) 2017-ci il ərzində qaz itkisi -8 048 486 m.3 olmuşdur. Şəmkirdə, deyəsən, çoxlu parniklər var, axı”. 

    Qəhrəmanlı qeyd edib ki, RQİİ-ləri görülmüş tədbir kimi əhalinin sayğaclarını ayın 25-26-sı yenidən oxuyub, əhaliyə təqdim edəcək: “Bu da əhalinin haqlı narazılığına səbəb olacaq”.

    NHMT sədri Xaçmaz rayonu üzrə bir aylıq (15.03-15.04) qaz itgisini də diqqətə çatdırıb: “1. Xaçmaz RQİİ-nin Xızı XS-nin Sumqayıt-Siyəzən (Şurabad) qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış G-400 markalı qaz sayğacı üzrə 31 664 (otuz bir min altı yüz altmış dörd) m3 həcmində 10,7 % nisbətində;

    2. Xaçmaz RQİİ-nin Qusar XS-nin Şirvanovka qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 276 567 (iki yüz yetmiş altı min beş yüz altmış yeddi) m3 həcmində 13 % nisbətində;

    3. Xaçmaz RQİİ-nin Siyəzən XS-nin Zarat qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış G-160 markalı qaz sayğacı üzrə 32 250 (otuz iki min iki yüz əlli) m3 həcmində 11,6 % nisbətində;

    4. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Xudat qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 837 075 (səkkiz yüz otuz yeddi min yetmiş beş) m3 həcmində 10,9 % nisbətində;

    5. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Yalama qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 148 090 (bir yüz qırx səkkiz min doxsan) m3 həcmində 19,9 % nisbətində;

    6. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Xaçmaz qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 6 330 569 (altı milyon üç yüz otuz min beş yüz altmış doqquz) m3 həcmində 24,6% nisbətində”.

    Şamo, Hurriyyet.org