Bərdəlinin avtomobilində at skeletləri və baş-ayağı aşkar olunub

    9

    Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alimə məxsus “QAZ-el“ markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib.

    Hurriyyet.org-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX)-dən daxil olan məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılıb onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılan sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

    Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

    Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcəkdir. Hal-hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

    DBNX-nin strukturları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, görünür o hələ də qanunsuz bu kimi işlərdən əl çəkməyərək əməllərini davam etdirir.

    Hurriyyet.org

    ““ ““ ““ ““