Psixoloqa getmək vaxtının çatdığını bildirən 5 əlamət

    9

    Çoxumu üçün psixoloji problemimizin olduğunu qəbul eləmək fiziki xəstəlikləri qəbul eləməkdən daha çətindir. Bu üzdən bəzən çox bəsit problemlər böyüyüb həllolunmaz, ciddi problem halına gəlir. Halbuki biz bu problemi çox kiçik bir dəstəklə aradan qaldıra bilərik.

    Enerjinizə nəzarət edə bilmirsizsə…

    ““

    Hər insanın özünü gərgin, əsəbi hiss etdiyi məqamlar olur. Bu normal həddədirsə, problem yoxdur. Ancaq əsəbiliyiniz sizə və qarşınızdakını insanlara zərər verirsə, və öz səyinizlə bunu dəf edə bilmirsizsə, demək yardım almaq zamanı gəlib.

    Gərginlik, əsəbilik, depressiya kimi hallar psixoloji narahatlıqlardan yaranır. Özünüzü daha çətin durumlara salmadan psixoloqa müraciət edin.

    Səbəbsiz yerə ağlamaq istəyirsizsə…

    ““

    Yəyat çox zaman ağır olur və qachaqaçlada başımıza gələn hər hadisənin üstündən ötüb keçirik. Amma beynimizdə izi qalan və yeri qapanmayan yaralar üstündən keçməyə çalışdıqda təkrar-təkrar bizim enerjimizi alır.Bu da həssaslıqdan da yorğunluq yaranır. Əgər özünüzü bitkin hiss edirsizsə, tez-tez kövrəlib gözünüz yaşarırsa, bu zaman yorğunluğunuzu etiraf edib yardım istəyin. Bunu qəbul edin ki, hər şeyi özünüz, təkbaşına həll edə bilməzsiz.

    Uzun müddətdir içinizdə bir çalxalanma hiss edirsizsə…

    İnsan olaraq zehnimizin ən böyük bacarığı problem çözməkdir.Bütün günki aktivliyimiz bu yetənəyimzin sayəsində baş verir. Hətta insanlığın inkişafının təməli də məhz budur. Bunun bir çox səbəi ola bilər. Amma ən bəsiti depressiv ruh halıdır. Belə hallarda çox problemlər girdabında çabalayırıq və onları tək həll etməyə gücümüz yetmir. Bununçün panikaya düşün özünü günahlandırmaq əvəzinə yaxşı bir mütəxəssisə müraciət edin. Beyninizdəki qarmaqarışıq fikirləri yoluna qoymaqda bu sizə çox yardımçı olacaq.

    Həyatınızda əsaslı dəyişikliklər baş verərsə…

    ““

    Ölüm, ayrılıq, hətta bir yerdən başqa yerə köçmək kimi səbəblər də psixoloji vəziyyətimizin pozulmasına yetərli səbəblərdir.

    Bu üzdən həyatınlzda belə köklü dəyişikliklər baş verəndə hiss etdiyiniz ağırlığa qatlanmayın.

    Öz özünüzü yeyib bitirməkdənsə, mütəxəssissı müraciət edin.

    Fobiyalarınız artmağa başlayırsa…

    ““

    Qorxusuz yaşayan insan yoxdur. Təhlükə gələn hər şey insanda qorxu yaradır. Amma onların da bir həddi var. Başqalarının sakitcə reaksiya verdiyi məsələlər sizdə fobiya yaradırsa və bu səbəbdən siz həmin qorxuyla üz-üzə gəlməkdən qaçırsızsa,  demək vəziyyət ciddir. Bunu hiss etdiyinizdə edə biləcəyiniz ilk iş psixoloqa müraciət etməkdir. Mütəxəssis sizə addım-addım bu qorxuları dəf etməyə yardım edər və həyat ritminiz dəyişməz.

    Altunay, Hurriyyet.org