İsmayıllıda inkubator sexi yanıb – VİDEO

    3

    Bu gecə İsmayıllının Kürdmaşı kəndində inkubator sexi yanıb.

    Hurriyyet.org ARB Şəki-yə istinadən xəbər verir ki, kənd sakini Dadaşov Vüqara məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 75 m2 sahədə yanıb.

    Əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 Yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. İnkubator sexinin içərisindəki 3200 ev quşlarından 200-ü yanaraq və ya tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.