GÜNDƏ BİR SAQQIZ ÇEYNƏYƏRSİZSƏ…

    3

     

    Bəzi saqqız istehsalşıları şəkərsiz saqqız çeynəmənin dişı çürümədən qoruduğunu və nəfəsi təmizlədiyini bildirir.

    Amma yeni araşdırmalar göstərir ki, saqqız çəki almanın qarşısını almaqda da yardımçı olur. Hər hansı bir işə köklənməyə yardımçı olur, yuxu basmanı aradan qaldırır və fikrini cəmləməyə kömək edir. Gündəlik stressi aradan qaldırı.

    Saqqızın başqa faydaları: Saqqız ucuz və aşağı kalorili məhsuldur. Şəkərli saqqız təxminən 5-10 kaloridədir.

    İştahanı azaldır: Saqqız çeynəmək iştahı nəzarətdə saxlamağa yardım edir. Araşdırmalar göstərir ki, günorta yeməyindən əvvəl saqqız çeynəmək açlığı əngəlləyir və kalorini azaltmağa yardımçı olur.

    ““

    Araşdırmalara görə, axşamüstü bir saat fasiləylə 15 dəqiqə saqqız çeynəyən insanlar 36 kalori az yemiş olurlar.

    Saqqızın şəkərli ya sadə olması kaloridə ciddi fərq eləmir. Saqqız aşağı kalori kimi yüksək kalori də yarada bilir.

    ““

    140 kalorilik şirniyyatın əvəzində 2  ədəd 20 kalorilik saqqız çeynəməklə 120 kalori əldə edə bilərsiz.

    Mayo Tibb mütəxəssisləri apardıqları bir tədqiqatla saqqız çeynəmənin saatda 11 kalori xərclədiyinin aşkarlayıblar.

    ““

    Diqət çəmləməyə yardım edir və stressi azaldır. Gerçəkdən də belə bir probleminiz varsa, saqqız çeynəməklə onu aradan qaldıra bilərsiniz. Saqqız çeynəmək onun ən asan yoludur.

    Diqqətin dağılmasının hansı səbəb üzündən baş verdiyini öyrənmək istəyən alimlər üzərində tədqiqat apardıqları şəxslərdən saqqız çeynəyərkən barmaqlarını bərk-bərk masaya vurmalarını istəyib.  Bununla da onlar həmin qənaəti aşkarlayıblar.

    ““

    Daha əvvəl aparılan araşdırmalarsa saqqız çeynəmənin yaddaşın güclənməsinə daha yaxşı təsir etdiyini sübut edir. Bunun səbəbi sonadək araşdırılmasa da, bəzi tədqiqatçılar çeynəmə aktinin beyin-qan dövranına yaxşı təsir göstərdiyini, bəziləri isə dadın hafizəyə yaxşı təsir etdiyini deyirlər.  

    ““

    Saqqız stressi azaltdığı üçün bəzi idmançılar və onların məşqçiləri çox zaman oyun zamanı saqqız çeynəyirlər.

    Eyni zamanda bəzi müəllimlər də məktəblərdə saqız çeynəmənin yasaq olunmasının aradan qalxmasını istəyirlər. Onların fikrincə, saqqız uşaqların diqqətini bir yerə cəmləmək üçün əvəzsiz vasitədir.

    Son araşdırmalar sübut edir ki, gerçəkdən də saqqız çeynəməklə beyinə qan axınını yüzdə 25 faiz artıqmaq mümkündür.

     “Appetite” jurnalında dərc olunan başqa bir araşdırmaya görə, saqqız çeynəmək fərdlərin öyrənmə, yadda saxlama və məlumata qabiliyyətini də artırır.

    ““

    Saqqız eyni zamanda agız və diş sağlamlığını qoruyur. Ağız boşluğunu təmiz saxlamaqla yanaşı, bədənin müdafiə mexanizmi olan tüpürcək ifrazatını da artırır.

    Şəkərsiz saqqız agız boşluğunun sağlam olmasını bir çöx yöndən dəstəkləyir.

    Dişdə çürümə və kariesi meydana gəlməsini əngəlləyir,  diş minasının mineral pozuqluqlarını aradan qaldırır, diş ləkələrinin meydana gəlməsini önləyər. Sağlam ağız, sağlam bədənlə əlaqəlidir. Ağız boşluğunda bakteriyaların olması müxtəlif xəstəliklərə yol açır.

    ““

    Saqqızla çəkiyə nəzarətin ipuclarış Çox yemək yediniz, ya da iştahınızı öldürə bilmirsizsə, həmin dəqiqə saqqız çeynəməyə başlayın. Piştaxtalarda görüb sizi özünə cəlb edən  “aburcubur” yemək istədiyinizdə də tamahınızı onunla öldürə bilərsiniz.

    Stres daha artıq yemək yeməyinizə səbəb olurmu? Bax, o zaman da saqqız çeynəyib stressinizi azalda bilərsiniz. Yemək bişirərkən dadına baxmaq həvəsinizi öldürmək üçün də saqqız gözəl vasitədir.

    Hurriyyet.org