Autizm uşaqların ebru dünyası – Adaptasiya problemi olanlara dəstək verək

    3

    “ASAN Könüllüləri“ Təşkilatının təşkilatçılığı, 2 saylı “ASAN xidmət“ mərkəzi, Avropanın Gənc Azərbaycanlı Dostları İctimai Birliyi və “Mədinə“ Tibb Mərkəzinin təşkilatı dəstəyi ilə autizm sindromlu uşaqların “Bizim Ebru Dünyamız“ adlı sərgisi baş tutub.

    “ASAN Könüllüləri“ Təşkilatından Hurriyyet.org-a verilən xəbərə görə, sərginin keçirilməsində əsas məqsəd autizm sindromlu uşaqlara dəstək olmaq, onları cəmiyyətlə yaxından əlaqələndirmək, aktiv yaşam tərzinə yönləndirmək, daha sağlam toplum naminə töhvə vermək və cəmiyyətdə sosial məsuliyyət hissini aşılamaqdan ibarətdir. Sərgidə iştirak edən uşaqların işləriylə ebru sənətinin incəlikləriylə yaxından tanış olmaq imkanı əldə ediblər.

    Qeyd edək ki, sərgi 2 may 2017-ci il tarixinə kimi davam edəcək.

    Nigar, Hurriyyet.org

    ““ ““ ““ ““ ““ ““