Şam işığında yaşayanlar

    9

    Amma belə həyat sürənlər var. Amerika Birləşmiş Ştatlarında yaşayan bir xristian tayfa texnologiyanın bu yeniliklərindən uzaq yaşayır.

    Hurriyyet.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkəni bir şox əyalətlərinə yayılan Amiş tayfasının üzvləri daha çox Pensilvanıyada məskunlaşıb.

    Amişlər paltarı, qab-qaşığı əllə yuyurlar. Axşamlarsa şam işığında otururlar. Avtomobil əvəzində isə onlar at arabaları, ən uzağı velosipeddən istifadə edirlər. Günbatana yaxın isə hamısı evlərinə çəkilirlər.

    Onlar geyimləri ilə də diqqət çəkib. Bu cəmiyyətə daxil olan qadınlar uzun qollu və uzun ətəkli donlar geyinirlər. Geyimləri 17-ci əsrdən qalma şlyapalar tamamlayır.

    Kişilər isə uzun şarflı paltarlar geyinirlər. Gündəlik həyatda onlar tünd rəngli geyimlərdə olur, şapkalar taxırlar. Evlənəndən sonra bütün kişilər saqqal saxlayırlar.

    Ərazidəki əsas yollarda at arabasıyla gəzən amişlər üçün nəqliyyatda xüsusi istisnalar var.

    Yalnız öz kilsələrində ibadət etməyi sevən amişlərin inanclarına görə, hər kəs çox uşaq sahibi olmalı, qonşularla xoş ünsiyyət qurmalı, eləcə də, tez-tez qohum-əqrabalarıyla görüşməlidirlər.

    Alman dilinin fərqli aksentində danışan, amma 200 ilə yaxın müddətdir Amerika qitəsində məskunlaşan bu tayfanın nümayəndələri uşaqlarını ibtidai təhsil aldıqdan sonra məktəbə göndərmirlər.

    Fəqrli mədəniyyətləri və yaşam tərzləri ilə seçilən, bu insanları görmək üçün həmin bölgəyə onlarla avtobus turist gəlir.

    Turistlər onları narahat etməməyə də çalışırlar. Şəkil, video şəkmək yasaq olunan yerlərdə onlar amişlərə sayğılı davranırlar.

    Hurriyyet.org

    http://www.milliyet.com.tr/fotogaleri/57324-yasam-mum-isiginda-yasayanlar/13